Zumər - 39:51
Qazandıqları pisliklər, axırda başlarına gəldi. Eyni şəkildə bu zülm edənlərə də qazandıqları pisliklər yetişəcəkdir; əngəlləyə bilməzlər.
Öncəki cəmiyyətlər necə cəzalandırıldılar?
Ənkəbut/29:40
Hamısını günahlarıyla yaxaladıq. Onlardan kimisinin üstünə çılğın bir fırtına göndərdik, kimisini də qorxunc bir səs yaxaladı, kimisini yerin dibinə batırdıq, kimisini də boğduq. Onlara zülm edən Allah deyildi; onlar özləri özlərinə zülm edirdilər.