Zumər - 39:8 İnsana bir pislik toxunanda Rəbbinə yönələrək Onu çağırar. Ona Özündən bir yaxşılıq etdiyində, daha öncə kimə yalvardığını unudar və Onun yolundan azdırmaq üçün Allaha ortaqlar qoşmağa başlayar. De ki, "İnkarınla bir az yaşa, sən atəş əhlindənsən."
Sıxıntı anında dini Allaha aid edərlər: Nümunə
İsra/17:67 Okeanda sizə bir sıxıntı toxunarsa, Ondan başqa çağırdıqlarınız yox olar. Fəqət sizi qurtarıb quruya çıxarınca, dönərsiniz (üz döndərərsiniz). İnsan nankordur.

Loğman/31:32 Onları böyük dalğalar bürüdüyündə, dini sadəcə Allaha xas edərək Ona yalvarmağa başlayarlar. Onları quruya çıxardıb qurtardığımız zaman bir qismi orta bir yol tutar. Xain nankorlardan başqası ayələrimizi rədd etməz.

Yunus/10:21 Onlara toxunan bir sıxıntıdan sonra insanlara bir rəhmət daddırdığımız zaman, ayə və möcüzələrimizə qarşı dərhal bir plan qurarlar. De ki: "Plan qurmada Allah daha cəlddir. Elçilərimiz, qurduğunuz bütün planları qeyd etməkdədir."
Yunus/10:22 Sizi quruda və dənizdə hərəkət etdirən Odur. (Düşünün ki) gəmidəsiniz... Xoş bir küləklə yolçuları (sərnişinləri) alıb apardığı zaman gəmidən məmnundurlar. Qəfildən şiddətli bir fırtınaya yaxalanırlar. Hər tərəfdən gələn dalğaların arasında tamamilə mühasirəyə alındıqlarını sandıqları an, dini sadəcə Allaha aid edərək, "Bizi bundan qurtararsan şükür edənlərdən olacağıq," deyə yalvarırlar.
Yunus/10:23 Onları qurtarınca da yer üzündə haqsız yerə həddi aşmağa başlayarlar. Ey insanlar, həddi aşmağınız özünüzə qarşıdır. Dünya həyatının müvəqqəti zövqünə düşkünsünüz; halbuki dönüşünüz Bizədir və etmiş olduğunuz hər şeyi sizə xəbər verərik.

Fussilət/41:49 İnsan, yaxşılıq istəməkdən bezib yorulmaz. Ancaq ona bir pislik toxunduğunda ümidsizdir, bədbindir.
Fussilət/41:50 Sıxıntısının ardından, ona Bizdən bir rəhmət daddırsaq, "Bu mənə aiddir. Dünyanın sonunun da gələcəyini sanmıram. Rəbbimə döndərilərəmsə də, Onun qatında mənim üçün daha gözəl şeylər vardır," deyər. İnkar edənlərə, etdiklərinin gerçək mahiyyətini əlbəttə xəbər verəcəyik. Çətin (şiddətli) bir əzabdan daddıracağıq onlara.
Fussilət/41:51 İnsana bir nemət verdiyimiz zaman, üz çevirib yan keçər. Başına bir pislik gəldiyində isə yalvarıb-yaxarar.

Əraf/7:189 O Sizi tək bir nəfsdən (eyni genetik xüsusiyyətdən) yaratdı. Ondan da zövcəsini yaratdı ki, sükunət tapsın. Zövcəsinə yaxınlaşınca, yüngül bir yüklə yükləndi və onunla dolaşdı. Yükü ağırlaşınca hər ikisi Rəbləri Allaha: "Bizə qüsursuz bir övlad verərsən şükür edənlərdən olacağıq," deyə yalvardılar.
Əraf/7:190 Onlara qüsursuz bir övlad verincə, Onun onlara verdiyi bu hədiyəylə əlaqəli olaraq Ona ortaqlar qoşmağa başladılar. Allah onların ortaq qoşduqları hər şeydən çox Ucadır.

Ənam/6:40 De: "Doğrusunuzsa söyləyin görüm, sizə Allahın əzabı, yaxud Saat (dünyanın sonu) gəlsə, Allahdan başqasınamı yalvararsınız?"
Ənam/6:41 Doğrusu, Yalnız Ona yalvararsınız. İstəsə yalvardığınız mövzudakı probleminizi aradan qaldırar, siz də ortaq qoşduqlarınızı unudarsınız.

İsra/17:56 De ki: "Ondan başqa iddia etdiklərinizi çağırın görək, onlar sizdən nə sıxıntını qaldıra bilərlər, nə də qarşısını ala bilərlər."

Ənam/6:17 Allah sənə bir zərər toxundurmuşsa, Ondan başqası onu aradan qaldıra bilməz. Sənə bir yaxşılıq eləmişsə, O, hər şeyə qadirdir.

Nəhl/16:53 Sizə yetişən hər nemət Allahdandır. Necə ki, bir sıxıntıya uğradığınızda sadəcə Ona yalvarırsınız.
Nəhl/16:54 Halbuki, sizdən o sıxıntını qaldırdığı zaman, sizdən bir qrup Rəblərinə ortaq qoşmağa başlayır.
Nəhl/16:55 Onlara verilənə nankorluq edərək... Kefinizə baxın; yaxında mütləq biləcəksiniz!

Ənkəbut/29:65 Gəmiyə mindikləri zaman, dini sadəcə Allaha aid edərək, Onu çağırarlar. Nə zaman ki, onları dənizdən qurtararıq, ortaq qoşmağa təkrar başlayarlar.