Zumər - 39:9 Gecə vaxtı səcdə edərək və ayaq üstə duraraq düşüncəyə dalan (meditasiyada olan), axirətin şüurunda olan və Rəbbinin rəhmətini uman birinə nə deyirsiniz? De ki, "Bilənlərlə bilməyənlər eyni ola bilərmi?" Ancaq ağıl sahibləri öyüd alır.
Gecə vaxtı səcdə edərək və ayaq üstə duraraq düşüncəyə dalan, axirətin şüurunda olan və Rəbbinin rəhmətini ümid edən:
Ali İmran/3:191 O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayarlar. Göylərin və yerin quruluşu və yaradılışı haqqında düşünərlər: “Rəbbimiz, Sən bunları boş yerə yaratmadın, Sən ucasan, bizi atəş əzabından qoru!"
Ali İmran/3:192 "Rəbbimiz, Sən kimi atəşə salarsansa əlbəttə onu rəzil etmiş olursan. Zalımlara yardım edən olmaz."
Ali İmran/3:193 Rəbbimiz, biz, “Rəbbinizə iman edin!”– deyə imana çağıran bir dəvətçini eşitdik və iman etdik. Rəbbimiz! Günahlarımızı bağışla, pisliklərimizi ört və yaxşı kimsələr olaraq canımızı al."
Ali İmran/3:194 "Rəbbimiz, elçilərinin vasitəsi ilə bizə söz verdiyin şeyi ver, dirilmə günündə bizi rəzil etmə! Sən sözündən heç dönməzsən.”