Ali İmran - 3:10
İnkar edənlərin nə paraları (pulları), nə də övladları Allaha qarşı onlara heç bir fayda verməyəcəkdir. Onlar atəşin yanacağıdır.
Dirilmə günü kimsədən fidyə qəbul edilməz:
Bəqərə/2:48
Elə bir gündən çəkinin ki, heç kəs heç kəsin yerinə bir şey ödəyə bilməz, vasitəçilik (şəfaət) qəbul edilməz, heç kəsdən bir fidyə alınmaz və yardım da edilməz.
Bəqərə/2:123
Kimsənin kimsə üçün bir şey ödəyə bilmədiyi, heç kimsədən fidyə alınmadığı və heç kimsəyə şəfaətin (vasitəçiliyin) fayda vermədiyi və yardımın kəsildiyi bir gündən çəkinin.
Ali İmran/3:91
İnkar edib inkarçı olaraq ölənlər, dünya dolusu qızılı fidyə olaraq versələr belə, onlardan qəbul edilməyəcəkdir. Onlar ağrılı-acılı bir əzaba layiqdirlər və heç bir yardımçıları da olmayacaq.
Ənam/6:70
Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.
Yunus/10:54
Zülm etmiş bir can yer üzündəki hər şeyə sahib olsa, onu fidyə olaraq vermək istəyəcəkdir. Əzabı gördükləri vaxt dərin peşmançılıq hiss edəcəklər. Ədalətlə mühakimə olunacaqlar və onlara zülm edilməyəcəkdir.
Rad/13:18
Rəblərinin dəvətini qəbul edənlər gözələ layiq olarlar. Onun dəvətini qəbul etməyənlər isə, yer üzündə olanların hamısına və bir o qədərinə də sahib olsalar belə qurtulmaq üçün hamısını fidyə olaraq verməyə hazır olacaqlar. Sorğu-sual olunmanın ən pisi onlar üçündür və yerləri cəhənnəmdir; necə də fəlakətli qalınacaq yerdir o!
Loğman/31:33
Ey insanlar! Rəbbinizi dinləyin, atanın övladına yardım edə bilməyəcəyi və övladın da ataya yardım edə bilməyəcəyi gündən qorxun. Allahın sözü gerçəkdir. Dünya həyatı sizi aldatmasın. Aldadıcılar, sizi Allah ilə aldatmasınlar.
Səba/34:37
Sizi bizə yaxınlaşdıran şey nə paralarınızdır (pullarınızdır), nə də övladlarınızdır. Ancaq iman edən və müttəqi davrananlar xaric. Onlara, etdiklərinin iki qat qarşılığı veriləcəkdir və mənzillərində əmin-amanlıq içindədirlər.
Fatir/35:18
Kimsə kimsənin günahını yüklənməz. Günahla yüklənmiş birisi yükünü daşımaq üçün əqrəbalarını belə çağırsa onun yükündən heç bir şey daşınmaz. Sən yalnızca, öz başlarına ikən Rəblərinə hörmət edən və namazı qoruyan şəxsləri xəbərdar edə bilərsən. Kim özünü təmizləyərsə, öz xeyrinə təmizlənmişdir. Dönüş Allahadır.
Zumər/39:47
Zalımlar, yerdəkilərin hamısına və üstəlik bir o qədərinə də sahib olsaydı, Dirilmə Gününün o müdhiş əzabından qurtulmaq üçün onu fidyə olaraq verəcəkdilər. Onlara, Allah tərəfindən heç gözləmədikləri bir şey göstəriləcəkdir.
Hədid/57:15
Bu gün nə sizdən, nə də inkar edənlərdən bir fidyə qəbul edilməz. Yeriniz cəhənnəmdir; mövlanız/sahibiniz odur. Nə pis bir məskəndir.
Mucadilə/58:17
Nə paraları (pulları), nə də övladları, onları Allahdan qurtara bilməyəcəkdir. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalıcıdırlar.
Mumtəhənə/60:3
Yaxınlarınız və övladlarınız sizə fayda verməz. Dirilmə Günü sizi mühakimə edər. Allah etdiklərinizi Görəndir.
Haqqə/69:25
Kitabı solundan verilənlərə gəlincə, onlar, "Kaş ki, kitabım mənə verilməsəydi," deyər,
Haqqə/69:26
"Hesabımın nə olduğunu öyrənməyəydim."
Haqqə/69:27
"Kaş ki, ölümüm sonsuz olsaydı."
Haqqə/69:28
"Param (pulum) mənə fayda vermədi."
Haqqə/69:29
"Bütün gücümü itirdim."
Məaric/70:11
Bir-birlərinə göstərilərlər. Günahkar, o günün əzabından qurtulmaq üçün fidyə vermək istəyər: Oğullarını,
Məaric/70:12
Həyat yoldaşını, qardaşını,
Məaric/70:13
Onu yetişdirən bütün əqrəbalarını,
Məaric/70:14
Və yer üzündə olan hər kəsi ki, qurtulsun.