Ali İmran - 3:131 İnkar edənlər üçün hazırlanmış olan atəşdən çəkinin.
Atəşdən çəkinmək üçün Quranın proqnozu:
Nəml/27:89 Kim yaxşılıq gətirərsə, ona ondan daha yaxşısı verilər və onlar o günün qorxusundan güvənlikdə olarlar.

Zuxruf/43:67 Müttəqilərdən başqa, o gün yaxın dostlar bir-birlərinə düşmən kəsiləcək.
Zuxruf/43:68 Qullarım, bu gün sizə qorxu yoxdur və üzülməyəcəksiniz.

Bəqərə/2:112 Doğrusu, kim yaxşılıq edərək özünü Allaha təslim edərsə, onun mükafatı Rəbbinin yanındadır; onlara qorxu yoxdur və onlar üzülməyəcəkdir.
Bəqərə/2:274 Paralarını (pullarını) gecə və gündüz, gizli və aşkar yardım üçün verənlərin mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.

Maidə/5:69 İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, nə bir qorxu vardır, nə də onlar üzülərlər.

Ənam/6:48 Biz elçiləri, ancaq müjdələyicilər və xəbərdar edicilər kimi göndəririk. Kim iman edib özünü düzəldərsə, onlara bir qorxu yoxdur və onlar üzülməyəcəklər.

Əhqaf/46:13 "Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərə, nə bir qorxu vardır, nə də onlar üzülərlər.

Bəqərə/2:38 "Oradan toplu halda enin," -dedik. "Məndən sizə bir yol göstərici gəldiyi zaman, o yol göstəriciyə tabe olanlar üçün artıq bir qorxu yoxdur və onlar üzülməyəcəklər."