Ali İmran - 3:15 De ki: “Bundan daha yaxşısını sizə xəbər verimmi? Müttəqilər üçün Rəblərinin yanında ağacları altından çaylar axan, içində sonsuzadək qalacaqları cənnətlər (bağçalar), tərtəmiz zövcələr və Allahın razılığını qazanmaqdan ötrü xoşbəxtlik vardır”. Allah qullarını görür.
Allahın təsdiqini (razılığını) qazanmaq üçün:
Beyyinə/98:7 İman edib müttəqi davrananlar isə məxluqların ən yaxşısıdır.
Beyyinə/98:8 Rəbləri qatındakı mükafatları, içindən çaylar axan cənnətlərdir. Orada əbədi olaraq qalacaqlar. Allah onlardan razı olmuş, onlar da Ondan razı olmuşdurlar. Rəbbinə hörmət göstərənin mükafatı bax belədir.

Nəml/27:19 Onun sözünə gülərək, "Rəbbim, Sənin mənə, ana-atama bağışladığın nemətlərinə şükür etməyə və razı olacağın müttəqi davranışlarda olmağa məni yönəlt. Rəhmətinlə, məni müttəqi qullarının arasına sal."

Fəth/48:29 Allahın Elçisi Muhəmməd və bərabərində olanlar inkar edənlərə qarşı sərt və öz aralarında isə mərhəmətlidirlər. Onları, əyilib səcdə edərək Allahdan lütf və razılıq diləyərkən görərsən. Üzlərində səcdələrin izləri vardır. Bu, onların Tövratdakı vəsfləridir. İncildəki vəsfləri isə, tumurcuğunu çıxarıb gücləndirmiş və qalınlaşıb gövdəsi üzərinə qalxaraq əkinçiləri sevindirən bitki kimidir. O, onlarla inkar edənləri öfkələndirir. Allah, onlardan iman edib müttəqi davrananlara bağışlanma və böyük bir mükafat söz vermişdir.
Fəth/48:18 Allah, ağacın altında sənə bağlılıq sözü verən (beyət edən) iman edənlərdən razı olmuşdur. Onların qəlblərində olanı bilmiş, onlara hüzur endirmiş və onları yaxın bir zəfərlə mükafatlandırmışdır.

Tovbə/9:96 Onlardan razı olasınız deyə and içirlər. Onlardan razı olsanız belə, Allah yoldan çıxmış camaatlardan razı olmaz.

Zumər/39:7 İnkar edərsinizsə, Allahın sizə ehtiyacı yoxdur. Fəqət O, qullarının inkarçı olmasından xoşlanmaz. Şükür edərsinizsə sizdən razı olar. Heç kimsə başqa kimsənin günah yükünü daşımaz. Sonra dönüşünüz Rəbbinizədir və etmiş olduqlarınızı sizə xəbər verəcəkdir. O, kökslərin özünü bilir.

Mucadilə/58:22 Allaha, elçisinə və Axirət gününə iman etmiş bir topluluq görə bilməzsən ki, Allaha və elçisinə qarşı gələnləri dost seçsin. Hətta onlar, özlərinin anaları, ataları, uşaqları, oğulları, qardaşları və əqrəbaları olsa belə... Qəlblərinə inancı yazmış və qatından bir vəhylə dəstəkləmişdir. Onları içlərindən çaylar axan, əbədi qalacaqları cənnətlərə daxil edər. Allah onlardan razı olmuşdur, onlar da Ondan razı olmuşlardır. Onlar Allahın partiyasıdır (firqəsidir). Heç şübhəsiz, Allahın partiyası (firqəsi) qazanacaqdır.