Ali İmran - 3:184
Səni yalanlayarlarsa (çaşma), səndən öncə açıq-aşkar dəlillər, Zəburlar (Tanrı sevgisini dilə gətirən İlahilər) və aydınladıcı kitab gətirən elçilər də yalanlanmışdı.
Zəbur:
Nisa/4:163
Nuha və ondan sonra gələn peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yəquba və soyuna, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etmiş, Davuda da Zəbur vermişdik.
İsra/17:55
Rəbbin göylərdəkiləri və yerdəkiləri ən yaxşı biləndir. Peyğəmbərlərdən bir qismini digərlərindən üstün etdik. Örnək olaraq, Davuda Zəburu verdik.
Ali İmran/3:184
Səni yalanlayarlarsa (çaşma), səndən öncə açıq-aşkar dəlillər, Zəburlar (Tanrı sevgisini dilə gətirən İlahilər) və aydınladıcı kitab gətirən elçilər də yalanlanmışdı.
Ənbiya/21:105
Zikrdən sonra Zəburda da, "Yer üzünə Mənim müttəqi qullarım varis olacaq," deyə yazıb qeyd etmişdik.
Fatir/35:25
Səni yalanlayırlarsa, onlardan öncəkilər də yalanladılar. Elçiləri onlara açıq-aşkar sənədlər, ilahilər və aydınladan kitablar gətirdilər.