Ali İmran - 3:49
"İsrail oğullarına göndərilən bir elçi olaraq (deyəcək ki): Mən sizə, Rəbbinizdən bir dəlil ilə gəldim. Sizə palçıqdan quş heykəli düzəldib ona üfürərəm və Allahın izni ilə bir quş olar. Allahın izni ilə koru və cüzamlını yaxşılaşdırar, ölünü dirildərəm. Nə yediyinizi və evlərinizdə nələr yığıb saxladığınızı sizə bildirə bilərəm. İman edəcəksinizsə bu dəlillər sizin üçün yetərlidir."
Allahın izni olmadan elçilər möcüzə göstərə bilməz:
Rad/13:38
Səndən öncə elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Allahın izni olmadan heç bir elçi bir möcüzə gətirə bilməz. Hər dövrün bir yazısı vardır.
Ğafir/40:78
Səndən öncə göndərdiyimiz elçilərin bəzisindən sənə bəhs etdik, bəzisini də sənə anlatmadıq. Heç bir elçi, Allahın izni olmadan bir möcüzə gətirə bilməz. Allahın əmri gəlincə, gerçəyə görə hökm verilər və yanlışı müdafiə edənlər orada məyus olarlar.
İbrahim/14:11
Elçiləri isə onlara belə dedilər: "Biz, əlbəttə sizin kimi bir insanıq. Ancaq, Allah, qullarından istədiyini seçərək ona lütf edir. Allahın izni olmadan sizə bir səlahiyyət sənədi gətirə bilməmiz mümkün olan şey deyil. İman edənlər Allaha güvənməlidir.
Maidə/5:110
Allah deyəcək ki: "Ey Məryəm oğlu İsa! Sənə və anana bəxş etdiyim nemətimi xatırla. Səni Müqəddəs Ruh ilə dəstəkləmişdim; beləcə beşikdə ikən də, yetkin çağında da insanlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. İznimlə palçıqdan quş heykəli yaradırdın və ona üfürüncə də iznimlə quş olurdu. Koru və cüzam xəstəliyinə tutulanı iznimlə yaxşılaşdırırdın. Yenə Mənim iznimlə ölüləri dirildirdin. İsrail oğullarına açıq-aşkar dəlillər gətirmənə rəğmən, içərilərindəki inkar edənlər, "Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir," - demişdilər, sonra da səni onlardan qurtarmışdım.