Ali İmran - 3:55 Allah İsaya belə demişdi: “Sənin dünyadakı həyatına son verəcəyəm və Özümə yüksəldəcəyəm. Səni inkar edənlərdən qurtaracağam və sənə tabe olanları Dirilmə Gününə qədər inkar edənlərin üzərində tutacağam. Sonra, dönüşünüz Mənədir və mübahisə etdiyiniz mövzular barəsində, aranızda Mən hökm verəcəyəm."
Allah İsanı (ə.s) İsrailoğullarının inkarçılarından necə qurtardı?
Maidə/5:110 Allah deyəcək ki: "Ey Məryəm oğlu İsa! Sənə və anana bəxş etdiyim nemətimi xatırla. Səni Müqəddəs Ruh ilə dəstəkləmişdim; beləcə beşikdə ikən də, yetkin çağında da insanlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. İznimlə palçıqdan quş heykəli yaradırdın və ona üfürüncə də iznimlə quş olurdu. Koru və cüzam xəstəliyinə tutulanı iznimlə yaxşılaşdırırdın. Yenə Mənim iznimlə ölüləri dirildirdin. İsrail oğullarına açıq-aşkar dəlillər gətirmənə rəğmən, içərilərindəki inkar edənlər, "Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir," - demişdilər, sonra da səni onlardan qurtarmışdım.

Nisa/4:157 Və Allahın elçisi "Məryəm oğlu İsa Məsihi öldürdük," – demələrindən ötrü... Halbuki onu öldürmədilər və onu asmadılar; Fəqət elə etdiklərini sandılar. Bütün məzhəblər bu mövzuda şübhə içindədir. Onların bu mövzuda bir biliyi yoxdur; sadəcə zənnə uyurlar. Qətiyyən onu öldürmədilər.
Nisa/4:158 Əksinə, Allah onu Özünə yüksəltdi; Allah Üstündür, Hikmət Sahibidir.