Ali İmran - 3:75
Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət etsən, onu sənə tam qaytarar. Fəqət onlardan eləsi də var ki, ona bir Dinar əmanət etsən, başının üstündə durmadıqca geri qaytarmaz. “Ümmilərə qarşı bizim bir öhdəliyimiz yoxdur" dedikləri üçün belə davranırlar və bilə-bilə yalanlarını Allaha isnad edirlər.
"ÜMMİ" ifadəsi, "Oxuma, yazma bilməyən" deyil, "Daha öncə nazil edilən kitabları oxumamış, o kitablardan xəbərdar olmayan." anlamındadır.
Bəqərə/2:78
Aralarında ümmilər var ki, boş şeylərə və (ağızdan-ağıza) eşitdiklərindən başqa kitabı bilməzlər; bildiklərini zənn edərlər.
Ali İmran/3:20
Səninlə mübahisə edərlərsə, “Mən və ardımca gələnlər özümüzü Allaha təslim etdik," - de. Kitab verilənlərə və kitab verilməyənlərə (ümmilərə): “Təslim oldunuzmu?” - de. Təslim olarlarsa, doğrunu taparlar. Üz çevirərlərsə, görəvin sadəcə eşitdirməkdir. Allah qulları görür.
Əraf/7:157
Həqiqətən onlar (vaxtı gəlincə) yanlarındakı Tövrat və İncildə yazılı gördükləri o elçini, o ümmi (Tövrat və İncil oxumamış) peyğəmbəri izləyərlər. (O Peyğəmbər) onlara yaxşılığı əmr edər və onları pislikdən çəkindirər; onlara gözəl şeyləri halal, pis şeyləri də haram edər; üzərlərindəki ağırlıqları və onların buxovlarını qaldırıb atar. Ona iman edənlər, ona ehtiram edənlər, ona yardım edənlər, onunla birlikdə nazil edilən nuru izləyənlər uğur qazananlardır.
Ənkəbut/29:48
Sən daha öncəki kitablardan heç birini oxumurdun və onları əlinlə də yazmırdın. Belə olan halda, yanlışı müdafiə edənlərin şübhələnməsi üçün bir bəhanə yaranacaqdı.