Ali İmran - 3:77 Allaha verdikləri sözü və andlarını az bir dəyər müqbilində dəyişənlərin axirətdə bir payları yoxdur. Allah onlarla danışmaz, Dirilmə Günü onlara baxmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
Məqsəd; inkar edənlərin axirətdə üzrləri dinlənməz:
Rum/30:57 O gün zalımlara üzrləri bir fayda verməz; özlərini təmizə çıxarmaları da istənilməz.

Muminun/23:104 Onlar orada pərişan vəziyyətdə ikən, atəş də üzlərini yalayacaqdır.
Muminun/23:105 Ayələrim sizə oxunmurdumu və siz də onları yalanlamırdınızmı?
Muminun/23:106 (Onlar) deyəcəklər, "Rəbbimiz, bizi talehsizliyimiz (bədbəxtliyimiz) məğlub etdi; biz azan bir camaat olduq."
Muminun/23:107 "Rəbbimiz, bizi buradan çıxart! Əgər (köhnə vəziyyətimizə) dönərsək artıq biz gerçəkdən zalımlarıq."
Muminun/23:108 Deyəcək ki, "Qalın orada, Mənimlə danışmayın."


Fussilət/41:24 Dözərlərsə, yerləri atəşdir. Yox, xoş görülmək istəyərlərsə, üzrləri qəbul edilməyəcəkdir.

Ğafir/40:52 O gün zalımlara üzrləri bir fayda verməz. Lənətə layiqdirlər və onlar üçün pis bir aqibət vardır.

Casiyə/45:35 "Çünki siz Allahın ayələrini məsxərəyə qoydunuz və dünya həyatı sizi aldatdı." Nəticə olaraq, onlar oradan çıxa bilməzlər və üzrləri də dinlənməz.

Təhrim/66:7 Ey inkar edənlər, bu gün üzrxahlıq etməyin. Siz ancaq etdiklərinizin qarşılığını görməkdəsiniz.