Ali İmran - 3:81 Allah peyğəmbərlərdən (nəbilərdən) bu cür söz almışdı: “Sizə Kitab və hikmət verəcəyəm, daha sonra yanınızdakıları təsdiqləyən bir elçi (rəsul) gəldiyi vaxt ona iman edəcək və onu dəstəkləyəcəksiniz. Bunu qəbul etdinizmi və bu sözləşməni yerinə yetirəcəyinizə dair söz verdinizmi?" - demişdi. Onlar "Qəbul etdik," - deyincə, "Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam," - demişdi.
Quran üstün bir hikmətdir:
Bəqərə/2:231 Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya yaxşılıqla yanınızda saxlayın və ya yaxşılıqla buraxın. İntiqam almaq üçün onlara zərər verəcək şəkildə saxlamayın. Bunu edən özünə zülm etmiş olar. Allahın ayələrini xəfifə almayın. Allahın sizə verdiyi nemətlərini və sizə öyüd vermək üçün nazil etdiyi Kitabı və hikməti düşünün. Allahı dinləyin və bilin ki, Allah hər şeyi bilir.

Ali İmran/3:58 Sənə bu oxuduqlarımız, ayələrdən və hikmətli mesajdandır.
Ali İmran/3:81 Allah peyğəmbərlərdən (nəbilərdən) bu cür söz almışdı: “Sizə Kitab və hikmət verəcəyəm, daha sonra yanınızdakıları təsdiqləyən bir elçi (rəsul) gəldiyi vaxt ona iman edəcək və onu dəstəkləyəcəksiniz. Bunu qəbul etdinizmi və bu sözləşməni yerinə yetirəcəyinizə dair söz verdinizmi?" - demişdi. Onlar "Qəbul etdik," - deyincə, "Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam," - demişdi.

Ənam/6:89 Bax onlar, özlərinə kitab, hikmət və peyğəmbərlik verdiklərimizdir. Əgər bu xalq, bunları inkar edərsə, Biz onları inkar etməyən bir cəmiyyətlə yerlərini dəyişdirərik.

Yunus/10:1 Əlif. Ləm. Ra. Bunlar (bu hərflər), hikmət sahibi kitabın möcüzələridir.

İsra/17:39 Bunlar, Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allah ilə birlikdə başqa tanrı qəbul etmə; əksi təqdirdə qınanmış və qovulmuş olaraq Cəhənnəmə atılarsan.

Əhzab/33:34 Evlərinizdə oxunan Allahın ayələrini və hikməti xatırlayın. Allah Lətifdir, Xəbərdardır.

Qamər/54:5 Bu üstün bir hikmətdir; ancaq xəbərdarlıqlar fayda vermir.