Ali İmran - 3:84 De ki: “Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yəquba və nəvələrinə nazil edilənə; Musaya, İsaya və peyğəmbərlərə Rəbləri tərəfindən verilənə iman etdik. Onların heç birinin arasında fərq qoymarıq və biz Ona təslim olanlarıq!”
Daha öncə nazil edilən kitablar hansılardır?
Ali İmran/3:3 Sənə bu kitabı, özündən öncəkiləri təsdiqləyici olaraq gerçəklə nazil etdi. Tövratı və İncili də nazil etdi.
Ali İmran/3:4 Bundan öncə insanlara yol göstərən olaraq, Qanunlar kitabını nazil etdi. Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Üstündür, Öc Alandır.

İsra/17:55 Rəbbin göylərdəkiləri və yerdəkiləri ən yaxşı biləndir. Peyğəmbərlərdən bir qismini digərlərindən üstün etdik. Örnək olaraq, Davuda Zəburu verdik.

Ali İmran/3:184 Səni yalanlayarlarsa (çaşma), səndən öncə açıq-aşkar dəlillər, Zəburlar (Tanrı sevgisini dilə gətirən İlahilər) və aydınladıcı kitab gətirən elçilər də yalanlanmışdı.

Ənam/6:84 Ona İshaqı və Yəqubu bəxş etdik. Hər birisinə yol göstərdik. Daha öncə də Nuha və onun soyundan Davuda, Süleymana, Əyyuba, Yusufa, Musaya və Haruna da yol göstərdik. Gözəl davrananları bax belə mükafatlandırırıq.
Ənam/6:85 Zəkəriyya, Yəhya, İsa və İlyasa da... Hamısı da yaxşılardan idi.
Ənam/6:86 İsmail, Əl-Yəsə, Yunus və Luta da... Hamısını insanlara üstün etdik.
Ənam/6:87 Atalarından, soylarından və qardaşlarından bir çoxunu seçib doğru yola yönəltdik.
Ənam/6:88 Allahın hidayəti belədir. Qullarından istədiyini və/və ya istəyəni ona yetişdirir. Ortaq qoşsaydılar etdikləri boşa çıxardı.
Ənam/6:89 Bax onlar, özlərinə kitab, hikmət və peyğəmbərlik verdiklərimizdir. Əgər bu xalq, bunları inkar edərsə, Biz onları inkar etməyən bir cəmiyyətlə yerlərini dəyişdirərik.

Ənbiya/21:48 Musaya və Haruna Qanunlar Kitabını, müttəqilər üçün bir nuru, bir mesajı verdik.

Maidə/5:44 İçində hidayət və nur olan, Tövratı Biz nazil etdik. Müsəlman peyğəmbərlər onunla Yəhudilər arasında hökm verirdilər. Xaxamlar və din bilənləri də Allahın kitabından əmr edildikləri şeylərlə hökm verirlər və ona görə şahid olurdular. İnsanları ucaltmayın, Məni ucaldın və ayələrimi ucuz bir qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər inkar edəndir.

Əla/87:18 Bu, ilk səhifələrdə/təlimlərdə qeyd edilmişdir (yazılmışdır).