Ali İmran - 3:84 De ki: “Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yəquba və nəvələrinə nazil edilənə; Musaya, İsaya və peyğəmbərlərə Rəbləri tərəfindən verilənə iman etdik. Onların heç birinin arasında fərq qoymarıq və biz Ona təslim olanlarıq!”
Elçilər öz aralarındakı fərqli xüsusiyyətlərinə görə bir-birlərindən üstündürlər, biz onları üstünlük sırasına qoya bilmərik:
Bəqərə/2:253 O elçilərin bəzisinə digərlərindən daha çox lütf göstərdik. Örnək olaraq, bəziləriylə Allah danışdı, bəzilərini də dərəcələrlə yüksəltdi. Məryəm oğlu İsaya açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Allah istəsəydi, onların ardından gələnlər onlara açıq-aşkar dəlillər gəldikdən sonra bir-birləri ilə vuruşmazdılar. Fəqət ixtilafa düşdülər. Bəzisi iman etdi, bəzisi inkar etdi. Allah istəsəydi, bir-biriləri ilə savaşmazdılar. Fəqət, Allah istədiyini edər.

Məryəm/19:56 Kitabda İdrisi xatırla. O peyğəmbər olan bir doğruçu idi
Məryəm/19:7 "Zəkəriyya, sənə bir oğul müjdələyirik. İsmi Yəhyadır. Onun kimisini daha öncə yaratmadıq."

İsra/17:55 Rəbbin göylərdəkiləri və yerdəkiləri ən yaxşı biləndir. Peyğəmbərlərdən bir qismini digərlərindən üstün etdik. Örnək olaraq, Davuda Zəburu verdik.

Nisa/4:125 Allaha təslim olaraq yaxşılıq edən və İbrahimin Təkallahlı (hənif) dininə tabe olandan daha gözəl bir dinə kim sahib ola bilər? Allah İbrahimi dost seçdi.

Məryəm/19:29 (Şahidlik üçün) Onu göstərdi. "Beşikdəki bir uşaqla necə ola bilər ki, danışaq?" dedilər.
Məryəm/19:30 (İsa:) "Mən Allahın bir quluyam! Mənə kitab verdi və məni peyğəmbər etdi," dedi.
Məryəm/19:31 "Harada oluramsa olum, məni mübarək etdi. Yaşadığım müddətcə mənə namazı və zəkatı və"

Əhzab/33:40 Muhəmməd, sizin erkəklərinizdən (kişilərinizdən) heç birinin atası deyil. Fəqət o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi Haqqıyla Biləndir.

Məryəm/19:12 "Yəhya, kitaba yaxşıca sarıl." Uşaq yaşda ikən ona hikmət vermişdik.

Əraf/7:144 Dedi ki: "Musa, mesajlarımla və səninlə danışmamla səni xalqın üzərinə seçdim. Sənə verdiklərimi al və şükür edənlərdən ol."

Saff/61:6 Bir vaxt İsa, xalqına, "Ey İsrail oğulları, mən, sizə göndərilmiş Allahın bir elçisiyəm. Məndən öncəki Tövratı təsdiqləyici və məndən sonra gələcək və ismi daha çox təriflənən bir elçini müjdələyirəm." Sonra onlara açıq-aşkar dəlilləri göstərdiyində, "Bu açıq-aşkar bir sehrdir," dedilər.

Yusuf/12:21 Onu Misirdə satınalan kişi, arvadına, "Ona yaxşı bax. Ola bilər ki, bizə faydası toxunar, ya da onu övladlığa götürərik." dedi. Beləcə Yusufu yer üzündə yerləşdirib ona yuxuların yozumunu öyrədirdik. Allah işində üstün gələndir; fəqət insanların çoxu bunu bilməz.
Yusuf/12:101 "Rəbbim, Sən mənə hökmranlıq verdin və yuxuların yozumunu öyrətdin. Yeri və göyü ayıraraq yaradansan. Dünya və axirətdə Sənsən mənim Vəlim (Sahibim). Canımı müsəlman olaraq al və məni yaxşılara qat."

Nəml/27:16 Süleyman Davuda varis oldu. Dedi ki, “Ey insanlar, bizə quşların dilini anlamaq öyrədildi və bizə hər şeydən verildi. Bu, açıq-aşkar bir lütfdür."

Bəqərə/2:136 “Allaha, bizə nazil edilənə, İbrahim, İsmail, İshaq, Yəqub və nəvələrinə nazil edilənlərə, Musaya, İsaya verilənə, və bütün peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman etdik. Onların heç biri arasında fərq qoymarıq. Biz sadəcə Ona təslim olanlarıq,” - deyin.

Yusuf/12:68 Atalarının onlara əmr etdiyi yerlərdən girdilər. Bu, onları Allahın heç bir təqdirindən qurtara bilməzdi; ancaq Yəqubun onlardan bunu istəməkdə xüsusi bir səbəbi var idi. O, ona öyrətdiyimiz bəlli bir bilgiyə sahib idi; fəqət insanların çoxu bilməz.