Ğafir - 40:42 "Siz məni Allaha qarşı nankor olmağa və haqqında bilgim olmayan şeyləri Ona ortaq qoşmağa çağırırsınız. Mən isə sizi O Üstün və Bağışlayıcı olana çağırıram."
Allaha çağırış; Sadəcə Ona qul olmaq və (Ondan) bağışlanma diləmək:
Kəhf/18:110 De ki, "Mən sizin kimi bir insandan başqa bir şey deyiləm. Tanrınızın tək bir Tanrı olduğu mənə vəhy edildi. Rəbbi ilə qarşılaşmağı ümid edən hər kəs müttəqi işlər görsün və Rəbbinə olan qulluğa heç kimsəni ortaq qoşmasın."

Ali İmran/3:64 De ki, “Kitablılar! Bizimlə sizin aranızda eyni olan bir prinsipə gəlin: Allahdan başqasına qulluq etməyək və Ona heç bir şeyi ortaq qoşmayaq, birimiz digərini Allahdan sonra Rəblər qəbul etməsin." Qəbul etməzlərsə, "Şahid olun, biz müsəlmanlarıq!" - deyin.

Fussilət/41:5 Dedilər ki, "Sənin bizi çağırdığın şeyə qarşı sabit fikirliyik, qulaqlarımızda ağırlıq və bizimlə sizin aranızda pərdə vardır. İstədiyini et, biz də edəcəyik.
Fussilət/41:6 De ki, "Mən, sadəcə sizin kimi bir insanam. Mənə, sizin tanrınızın bir tək tanrı olduğu vəhy edilir. Ona yönəlin, Ondan bağışlanma diləyin. Vay ortaq qoşanların halına!"

Hud/11:62 Dedilər ki: "Ey Saleh, sən bundan öncə, aramızda məşhur bir ümid qaynağı idin. İndi sən bizi atalarımızın qulluq/xidmət etdiklərindənmi çəkindirirsən? Biz, sənin bizi çağırdığın şeylərdən şübhə içindəyik."

Rad/13:36 Özlərinə kitab verdiklərimiz sənə nazil edilənə sevinirlər. Bəzi qruplar onun bir qismini inkar edərlər. De ki: "Allaha qul olmaqla və Ona ortaq qoşmamaqla əmr edildim. Ona tətəf çağırıram və dönüşüm də Onadır."

Ali İmran/3:18 Allah, Özündən başqa tanrı olmadığına şəhadət edər; mələklər və ədaləti qoruyan elm sahibləri də... Ondan başqa tanrı yoxdur, Üstündür, Hikmət Sahibidir.
Ali İmran/3:79 Allahın kitab, hikmət və peyğəmbərlik verdiyi heç bir insan, "Allahdan sonra mənə də qulluq edin", deyə insanları özünə çağırmaz. Əksinə, "Öyrənib öyrətdiyiniz kitaba uyğun olaraq özünü Rəbbinə həsr edən qullar olun," - deyər.