Ğafir - 40:53 Biz Musaya hidayəti verdik və İsrail oğullarını kitaba varis etdik.
Musaya verilən kitabın hidayət vəsfi:
Qasas/28:43 İlk nəsilləri (Nuh, Hud, Saleh, Lut və Şueybin xalqlarını) məhv etdikdən sonra Musaya, insanları aydınladan bir yol göstərən və rəhmət olaraq Kitabı verdik;  bəlkə öyüd alarlar deyə.

Səcdə/32:23 Musaya Kitabı verdik; Bu mövzuda heç bir şübhən olmasın. Onu İsrail oğulları üçün bir rəhbər etdik.

Ğafir/40:53 Biz Musaya hidayəti verdik və İsrail oğullarını kitaba varis etdik.
Ğafir/40:54 Anlayış sahiblərinə bir yol göstərici və bir xəbərdar edici olaraq.

Əraf/7:144 Dedi ki: "Musa, mesajlarımla və səninlə danışmamla səni xalqın üzərinə seçdim. Sənə verdiklərimi al və şükür edənlərdən ol."
Əraf/7:145 Hər şeyin detallı açıqlaması və öyüd olaraq hər nə varsa Musa üçün lövhələrə yazdıq: "Bu təlimlərə möhkəm sarıl, xalqına da söylə ona ən gözəl şəkildə sarılsınlar. Yoldan çıxmışların son dayanacağını sizə göstərəcəyəm."

Bəqərə/2:53 (Doğru) yola gəlməyiniz üçün də Musaya Kitabı və qanunu verdik.

Ənam/6:154 Həqiqətən, ən gözəl şəkildə tamamlanmış, hər şeyin detallı açıqlaması, hidayət və rəhmət olaraq Musaya kitabı verdik ki, Rəbləriylə qovuşmağa iman etsinlər.

İsra/17:2 Eyni şəkildə, Musaya Kitabı vermişdik. İsrail oğullarını bu gerçəyə yönəltmək üçün: "Məndən başqa bir sahib qəbul etməyin."

Ənbiya/21:48 Musaya və Haruna Qanunlar Kitabını, müttəqilər üçün bir nuru, bir mesajı verdik.

Muminun/23:49 Doğrunu taparlar deyə, Musaya Kitabı vermişdik.