Ğafir - 40:54          
          
                        Anlayış sahiblərinə bir yol göstərici və bir xəbərdar edici olaraq.          
        
        
          Musaya verilən kitabın hidayət vəsfi:        
      
                  
                    
                      Qasas/28:43                    
                  
                  
                                        İlk nəsilləri (Nuh, Hud, Saleh, Lut və Şueybin xalqlarını) məhv etdikdən sonra Musaya, insanları aydınladan bir yol göstərən və rəhmət olaraq Kitabı verdik;  bəlkə öyüd alarlar deyə.                  
                
                
              
                  
                    
                      Səcdə/32:23                    
                  
                  
                                        Musaya Kitabı verdik; Bu mövzuda heç bir şübhən olmasın. Onu İsrail oğulları üçün bir rəhbər etdik.                  
                
                
              
                  
                    
                      Ğafir/40:53                    
                  
                  
                                        Biz Musaya hidayəti verdik və İsrail oğullarını kitaba varis etdik.                  
                
                
              
                  
                    
                      Ğafir/40:54                    
                  
                  
                                        Anlayış sahiblərinə bir yol göstərici və bir xəbərdar edici olaraq.                  
                
                
              
                  
                    
                      Əraf/7:144                    
                  
                  
                                        Dedi ki: "Musa, mesajlarımla və səninlə danışmamla səni xalqın üzərinə seçdim. Sənə verdiklərimi al və şükür edənlərdən ol."                  
                
                
              
                  
                    
                      Əraf/7:145                    
                  
                  
                                        Hər şeyin detallı açıqlaması və öyüd olaraq hər nə varsa Musa üçün lövhələrə yazdıq: "Bu təlimlərə möhkəm sarıl, xalqına da söylə ona ən gözəl şəkildə sarılsınlar. Yoldan çıxmışların son dayanacağını sizə göstərəcəyəm."                  
                
                
              
                  
                    
                      Bəqərə/2:53                    
                  
                  
                                        (Doğru) yola gəlməyiniz üçün də Musaya Kitabı və qanunu verdik.                    
                
                
              
                  
                    
                      Ənam/6:154                    
                  
                  
                                        Həqiqətən, ən gözəl şəkildə tamamlanmış, hər şeyin detallı açıqlaması, hidayət və rəhmət olaraq Musaya kitabı verdik ki, Rəbləriylə qovuşmağa iman etsinlər.                  
                
                
              
                  
                    
                      İsra/17:2                    
                  
                  
                                        Eyni şəkildə, Musaya Kitabı vermişdik. İsrail oğullarını bu gerçəyə yönəltmək üçün: "Məndən başqa bir sahib qəbul etməyin."                   
                
                
              
                  
                    
                      Ənbiya/21:48                    
                  
                  
                                        Musaya və Haruna Qanunlar Kitabını, müttəqilər üçün bir nuru, bir mesajı verdik.                  
                
                
              
                  
                    
                      Muminun/23:49                    
                  
                  
                                        Doğrunu taparlar deyə, Musaya Kitabı vermişdik.