Ğafir - 40:82
Özlərindən öncəkilərin aqibətinin necə olduğuna baxmaq üçün yer üzünü gəzib-dolaşmırlarmı? Onlardan say baxımından daha çox, daha güclü olub yer üzündə daha çox məhsuldar idilər. Ancaq, qazandıqları şeylər onları qurtara bilmədi.
Yer üzünü gəzin-dolaşın və yalanlayanların sonuna baxın: Əlaqəli
Ali İmran/3:137
Sizdən öncə də qanunlar tətbiq edilmişdi. Yer üzündə gəzib dolaşın və yalanlayanların aqibətinə nə olduğunu görün.
Nəhl/16:36
Hər bir cəmiyyətin içində, "Allaha qulluq edin və bütpərəstlikdən çəkinin," deyən bir elçi göndərdik. Onlardan bəzisinə Allah yol göstərdi, bəzisi də azğınlıqda qalmağa məhkum oldu. Yer üzünü gəzib dolaşın və yalanlayanların sonunun necə olduğuna diqqət edin.
Yusuf/12:109
Səndən öncə, şəhərlərin əhalisinin arasından (seçib) vəhy etdiyimiz adamlardan başqasını göndərmədik. Yer üzünü gəzib dolaşıb özlərindən öncəkilərin aqibətini görmürlərmi? Müttəqilər üçün axirət yurdu daha yaxşıdır; anlamırsınız?
Ta ha/20:128
Öncəki nəsillərin yaşayış yerlərində dolaşanlar, onları məhv etməyimizdən dərs almırlarmı? Bunda ağıl sahibləri üçün işarətlər və dəlillər vardır.
Həcc/22:45
Neçə-neçə şəhərlərin əhalisini, etdikləri haqsızlıqlardan ötrü həlak etdik. Onlardan geriyə qalanlar, çökmüş çatılar, tərk edilmiş quyular və kimsəsiz saraylardı...
Həcc/22:46
Düşünən beyinlərlə və eşidən qulaqlarla yer üzünü gəzib-dolaşmadılarmı? Gerçək korluq, gözlərin korluğu deyil; kökslərdəki könüllərin korluğudur.
Nəml/27:69
De ki, "Yer üzündə gəzib dolaşın, sonra da baxın, günahkarların sonuna!"
Rum/30:9
Yer üzündə dolaşıb özlərindən öncəkilərin sonunun necə olduğuna baxmırlarmı? Onlardan daha güclü idilər, torpağı işlədilər və onlardan daha çox məhsul əldə etdilər. Elçiləri onlara açıq-aşkar dəlillərlə getmişdilər. Onlara zülm edən Allah deyildi; Onlar özləri özlərinə zülm edirdilər.
Rum/30:42
De ki, "Yer üzündə gəzib dolaşın, sonra da baxın, öncəkilərin sonunun necə olduğuna." Çoxları ortaq qoşanlar idi.
Səcdə/32:26
Onlardan öncə neçə-neçə nəsilləri məhv etməmiz üzərində heç düşünmədilərmi? (Ona görə) ki, indi onların yurdlarında gəzib-dolaşırlar. Bunda dərslər və işarətlər vardır. Eşitmirlərmi?
Fatir/35:44
Onlardan öncəkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzünü gəzib-dolaşmadılarmı? Onlar onlardan daha güclü idilər. Göylərdə və yerdə heç bir şey Allahı aciz qoya bilməz. O, Biləndir, Güclüdür.
Ğafir/40:21
Özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzündə gəzib-dolaşmırlarmı? Onlardan daha çox gücə sahib idilər, yer üzündə daha çox məhsuldar idilər. Ancaq Allah onları günahları ilə yaxaladı. Allaha qarşı onları qoruya bilən yoxdur.
Ğafir/40:82
Özlərindən öncəkilərin aqibətinin necə olduğuna baxmaq üçün yer üzünü gəzib-dolaşmırlarmı? Onlardan say baxımından daha çox, daha güclü olub yer üzündə daha çox məhsuldar idilər. Ancaq, qazandıqları şeylər onları qurtara bilmədi.
Muhəmməd/47:10
Özlərindən öncəkilərin aqibətinin necə olduğuna baxmaq üçün yer üzünü gəzib-dolaşmırlarmı? Allah onları məhv edib ortadan qaldırmışdır və bu inkar edənləri də eyni aqibət gözləməkdədir.