Fussilət - 41:15 Ad xalqına gəlincə, onlar yer üzündə haqsız yerə təkəbbür göstərdilər və "Bizdən daha güclü kim var" dedilər. Onları yaradan Allahın onlardan daha güclü olduğunu anlamadılarmı? Onlar ayə və möcüzələrimizi bilərək inkar edirdilər.
AD qövmü necə məhv edildi?
Fussilət/41:15 Ad xalqına gəlincə, onlar yer üzündə haqsız yerə təkəbbür göstərdilər və "Bizdən daha güclü kim var" dedilər. Onları yaradan Allahın onlardan daha güclü olduğunu anlamadılarmı? Onlar ayə və möcüzələrimizi bilərək inkar edirdilər.
Fussilət/41:16 Nəhayət, onlara dünya həyatında alçaldıcı əzabı daddırmaq üçün uğursuz günlərdə üzərlərinə sərt bir külək göndərdik. Axirət əzabı isə daha alçaldıcıdır və onlar yardım görməzlər.

Əhqaf/46:21 Ad qövmünün qardaşının qum təpələrindəki xalqını xəbərdar etmiş olduğunu xatırla! Ondan öncə və sonra "Allahdan başqasına qulluq etməyin. Sizin üçün müdhiş bir günün cəzasından qorxuram," deyən neçə-neçə xəbərdar edən (elçilər) keçmişdi.
Əhqaf/46:22 "Bizi tanrılarımızdan döndərmək üçünmü bizə gəldin? Doğru sözlüsənsə bizə söz verdiyini gətir görək," dedilər.
Əhqaf/46:23 "Onun bilgisi sadəcə Allahın yanındadır. Mən mənimlə göndərilən şeyi sizə bildirirəm; Fəqət, sizi cahillik edən bir topluluq olaraq görürəm."
Əhqaf/46:24 Nəhayət onun yayılaraq vadilərinə yönəlmiş olduğunu gördüklərində, "Bu, bizə yağmur yağdıracaq bir buluddur," dedilər. Xeyr, bu sizin gəlməsi üçün meydan oxuduğunuz ağrılı-acılı əzaba sahib bir fırtınadır.
Əhqaf/46:25 Rəbbinin əmri ilə hər şeyi yerlə bir edər. Səhər oyandıqlarında, evlərindən başqa hər şey görünməz hala düşmüşdü. Günahkar topluluğu bax belə cəzalandırırıq.

Zəriyət/51:41 Ad xalqında da (bir dərs vardır). Üzərlərinə qorxunc bir ruzgar göndərdik.
Zəriyət/51:42 Qarşısına çıxan hər şeyi toz-torpağa çevirirdi.

Qamər/54:18 Ad (qövmü) də yalanladı. Cəzalandırmağım və xəbərdarlıqlarım necə imiş!
Qamər/54:19 Uğursuzluq üstünə uğursuzluğa sahib bir gündə üzərlərinə vəhşi bir ruzgar göndərdik.
Qamər/54:20 İnsanları, sanki köklərindən qopardılmış xurma kötükləri kimi yıxırdı.

Haqqə/69:6 Ad (xalqı) isə sərt və azğın bir qasırğa ilə məhv edildi.
Haqqə/69:7 Onu, yeddi gecə və səkkiz gün boyunca üzərlərinə bir bəla olaraq saldı. (O) xalqın, çürümüş xurma gövdələri kimi yerə yıxıldıqlarını görərsən.