Fussilət - 41:20 Nəhayət, oraya yetişdiklərində, onların eşitmə, görmə orqanları və dəriləri etdikləri haqqında şahidlik edər.
"Etdiklərinizin çoxunu Allahın bilməyəcəyini sanırdınız düşüncəsi": Əlaqəli
Tovbə/9:127 Nə zaman bir surə nazil olsa, "Sizi kimsə görürmü?" deyə baxışarlar, sonra da dönüb gedərlər. Anlamaz bir topluluq olduqlarından Allah qəlblərini çevirmişdir.

Mucadilə/58:8 Gizli toplantılar qurmaqdan çəkindirildikləri halda, hələ də çəkindirildikləri işdə israr edənlər diqqətini çəkmədimi? Onlar günah işləmək, düşmənçilik etmək və elçiyə itaətsizlik etmək məqsədi ilə gizli hazırlıqlar görürlər. Sənin yanına gəldiklərində, Allahın səni salamlamadığı bir şəkildə salamlayırlar. Öz aralarında, "Söylədiklərimizdən ötrü Allah bizi cəzalandırmalı deyildimi?" deyərlər. Cəhənnəm onlara yetər. Orada yanarlar; nə pis bir məskəndir orası.

Nisa/4:108 İnsanlardan gizləyərlər amma Allahdan gizləyə bilməzlər. Halbuki Onun xoşlanmadığı düşüncələri qurarlarkən O onlarla bərabərdir. Allah onların bütün etdiklərini Əhatə Edir.

Zuxruf/43:80 Yoxsa, sirlərini və gizli planlarını eşitmədiyimizimi sanırlar? Doğrusu, yanlarındakı elçilərimiz qeyd etməkdədirlər (yazmaqdadırlar).


Maidə/5:52 Qəlblərində xəstəlik olanların: “Başımıza bir bəla gəlməsindən qorxuruq”– deyərək onların arasında dolanıb durduqlarını görəcəksən. Ola bilər ki, Allah, zəfəri və ya Öz tərəfindən bir əmr gətirər, sonra da içlərində gizlədikləri düşüncələrinə görə peşman olarlar.

Ali İmran/3:156 Ey iman edənlər! Səfərə çıxan və ya savaşa gedən qardaşları üçün: “Bizimlə qalsaydılar, nə ölər, nə də öldürülərdilər”– deyən inkarçılar kimi olmayın! Allah bu tip düşüncəni qəlblərində bir üzüntü qaynağı edər. Yaşadan da, öldürən də Allahdır. Allah etdiklərinizi görür.

Hud/11:5 Onlar, sinələrində olanı şüuraltı olaraq Ondan gizləmək istəyərlər. Yaxşı bilin ki, libaslarına büründüklərində belə onların gizlədiklərini və açıqladıqlarını bilir. O, gizli düşüncələri Biləndir.