Fussilət - 41:44
Onu yad dildə bir Quran etsəydik, "Onun ayələri açıqlanmalı deyildimi?" deyəcəkdilər. İstər yad dil, istər Ərəbcə olsun, de ki, "O, iman edənlər üçün (dilləri nə olur olsun) bir rəhbər və şəfadır. İman etməyənlərin isə qulaqlarında ağırlıq vardır. Onlara sanki uzaq bir yerdən səslənilirmiş kimi onlara qarşı qapalıdır."
Quran rəhbər (yol göstərən) kitabdır?
Bəqərə/2:2
Bu, şübhəsiz, müttəqilər (ərdəmlilər) üçün yol göstərici bir kitabdır.
Maidə/5:15
Kitab əhli, kitabın gizlədiyiniz bir çox bölümünü açıqlayan və bir çoxunu da üzünüzə vurmayan elçimiz gəldi sizə. Allahdan bir nur və açıq-aşkar bir kitab da gəldi sizə.
Maidə/5:16
Onunla Allah, rizasına diqqət edənləri barış və hüzur yollarına yönəldir. İzniylə onları qaranlıqlardan aydınlığa çıxararaq onları ən doğru yola yönəldir.
Bəqərə/2:97
Bunu de: “Özündən öncəkiləri təsdiqləyici, iman edənlərə yol göstərici və müjdə olaraq Allahın izni ilə bunu qəlbinə nazil edən Cəbrailə hər kim düşmən olarsa,
Bəqərə/2:185
Ramazan, insanlara yol göstərici, açıq-aşkar bir təlim və qanun kitabı olan Quranın nazil edildiyi aydır. Kim o aya yetişərsə, oruc tutsun. Xəstə və ya yolçu olanlarınız, tutmadığı günlərin sayı qədər, digər günlərdə oruc tutar. Allah sizin üçün asanlıq istəyər, çətinlik istəməz. Beləcə (oruc günlərinin) sayını tamamlayar, sizi doğruya yetişdirən Allahı ucaldıb şükür edərsiniz.
Ali İmran/3:138
Bu (Quran), insanlar üçün bir xəbərdarlıq, müttəqilər üçün də bir yol göstərici və öyüddür.
Əraf/7:52
Bilgi ilə detallandırdığımız, iman edən bir camaat üçün yol göstərici və rəhmət olan bir kitabı onlara gətirdik.
Əraf/7:154
Musanın qəzəbi sakitləşincə lövhələri götürdü. Onda Rəblərinin ehtiramını saxlayanlar üçün bir yol göstərmə və rəhmət yazılı idi.
Yunus/10:57
Ey insanlar, Rəbbinizdən sizə bir öyüd, könülləri sıxan hər şeyə qarşı bir şəfa, iman edənlərə bir yol göstərən və bir rəhmət gəlmişdir.
Rad/13:7
İnkar edənlər: "Ona bir möcüzə enməli deyildimi?" deyirlər. Sən ancaq bir xəbərdarlıq edənsən. Hər camaat üçün bir Yolgöstərən vardır.
Nəhl/16:9
Yolları göstərmək Allaha aiddir; bəzisi əyridir. İstəsəydi hamınızı doğruya yönəldərdi.
Nəhl/16:64
Sənə bu kitabı nazil etdik ki, anlaşılmazlığa (ixtilafa) düşdükləri mövzuları onlara bildirəsən. Bu kitab, iman edən bir topluluq üçün bir yol göstəricidir, bir rəhmətdir.
Nəhl/16:89
Hər topluluğun içindən, özlərinə qarşı bir şahid göndərdiyimiz, bunlara qarşı da səni şahid olaraq gətirdiyimiz gün... Biz sənə bu kitabı, hər şeyi açıqlayan, bir yol göstərici, bir rəhmət və müsəlmanlara bir müjdə olaraq nazil etdik.
Nəhl/16:102
De ki: "İman edənləri sağlamlaşdırsın, müsəlmanlara bir yol göstərici və müjdə olsun deyə Müqəddəs Ruh onu Rəbbindən gerçəklə nazil etdi."
Ta ha/20:123
(Allah) dedi ki, "Bir-birinizə düşmənlər olaraq ordan aşağı enin. Sizə Məndən bir yol göstərici gəldiyində, kim mənim yoluma tabe olarsa, o azmaz və pərişan olmaz."
Həcc/22:8
İnsanlardan bəzisi, bir bilgiyə, bir yol göstəriciyə və aydınladan bir kitaba sahib olmadan Allah haqqında mübahisə edər.
Zumər/39:23
Allah sözün ən gözəlini endirdi, tutarlı və ikişərli bir kitab halında. Rəblərinə sayğı göstərənlərin dəriləri ondan dolayı ürpərər. Sonra dəriləri və qəlbləri Allahın mesajına qarşı yumşalar. Bu, Allahın yol göstərməsidir; istədiyini və/və ya istəyəni ona yetişdirər. Allahın azdırdığı bir kimsəyə rəhbər tapılmaz.
Ğafir/40:53
Biz Musaya hidayəti verdik və İsrail oğullarını kitaba varis etdik.
Ğafir/40:54
Anlayış sahiblərinə bir yol göstərici və bir xəbərdar edici olaraq.
Cinn/72:13
"Biz, yol göstərəni (Quranı) eşidən kimi ona iman etdik. Rəbbinə iman edən, heç bir haqsızlığa və sıxıntıya uğramaz."