Fussilət - 41:45
Biz Musaya Kitabı verdik, onda da anlaşılmazlığa (ixtilafə) düşdülər. Rəbbinin verdiyi bir sözü olmasaydı aralarında hökm verilərdi. Gerçəkdən onlar onun barəsində şəkk və şübhə içindədirlər.
Musaya verilən kitabın mahiyyəti:
İsra/17:2
Eyni şəkildə, Musaya Kitabı vermişdik. İsrail oğullarını bu gerçəyə yönəltmək üçün: "Məndən başqa bir sahib qəbul etməyin."
Ənam/6:154
Həqiqətən, ən gözəl şəkildə tamamlanmış, hər şeyin detallı açıqlaması, hidayət və rəhmət olaraq Musaya kitabı verdik ki, Rəbləriylə qovuşmağa iman etsinlər.
Əraf/7:145
Hər şeyin detallı açıqlaması və öyüd olaraq hər nə varsa Musa üçün lövhələrə yazdıq: "Bu təlimlərə möhkəm sarıl, xalqına da söylə ona ən gözəl şəkildə sarılsınlar. Yoldan çıxmışların son dayanacağını sizə göstərəcəyəm."
Muminun/23:49
Doğrunu taparlar deyə, Musaya Kitabı vermişdik.
Əhqaf/46:12
Bundan öncə Musanın kitabı rəhbər və rəhmət idi. Bu, zalımları xəbərdar etmək və gözəl davrananlara bir müjdə olmaq üzrə Ərəbcə nazil edilmiş təsdiqləyici bir kitabdır.