Şura - 42:34          
          
                        Yaxud, etdikləri üzündən onları məhv edər. Bunun yerinə bir çoxunu da bağışlayar.          
        
        
          Allah işlədikləri zülmə rəğmən insanlara qarşı bağışlayıcıdır:        
      
                  
                    
                      Bəqərə/2:51                    
                  
                  
                                        Musa ilə qırx gecə üçün sözləşmişdik. Ancaq siz onun ardından özünüzə zülm edərək buzova qulluq/xidmət etdiniz.                  
                
                
              
                  
                    
                      Bəqərə/2:52                    
                  
                  
                                        Buna rəğmən, şükür edərsiniz deyə sizi əfv etdik.                  
                
                
              
                  
                    
                      Nisa/4:153                    
                  
                  
                                        Kitab əhli, sənin onlara göydən bir kitab endirməyini istəyir. Musadan, bunun daha böyüyünü istəmiş və, "Bizə Allahı fiziki olaraq göstər,” – demişdilər. Bu cür həddi aşmalarından ötrü onları ildırım vurdu. Onlara açıq-aşkar dəlillər gəlməsinə rəğmən buzova qulluq/xidmət etdilər. Onları yenə əfv etdik və Musaya da açıq-aşkar bir səlahiyyət verdik.                    
                
                
              
                  
                    
                      Nəhl/16:61                    
                  
                  
                                        Allah zülmlərinə görə insanları cəzalandırsaydı, orada bir məxluq buraxmazdı; lakin onları bəlli bir vaxta qədər təxirə salar. Vaxtlarının sonu gəldiyi zaman da nə bir saat önə alınarlar, nə də təxirə salınarlar.                   
                
                
              
                  
                    
                      Şura/42:34                    
                  
                  
                                        Yaxud, etdikləri üzündən onları məhv edər. Bunun yerinə bir çoxunu da bağışlayar.                  
                
                
              
                  
                    
                      Fatir/35:45                    
                  
                  
                                        Allah insanları etdiklərinə görə cəzalandırsaydı, yer üzündə heç bir məxluq buraxmazdı. Fəqət, onları bəlli bir müddətə qədər təxirə salmaqdadır. Nə zaman ki, müddətləri bitər, bax o zaman Allah qullarının (hesabını) görər.                  
                
                
              
                  
                    
                      Rad/13:6                    
                  
                  
                                        Yaxşılıq istəyəcəklərinə, başlarına dərhal bir fəlakət gətirməni istəyərlər; halbuki onlardan öncə örnəklər gəlib keçdi. Rəbbin işlədikləri zülmə rəğmən insanlara qarşı bağışlayandır. Rəbbinin əzabı çətindir.