Zuxruf - 43:20 Hətta, "Rəhman istəsəydi, biz onlara qulluq/xidmət etməzdik," dedilər. Onların bu mövzuda bir bilgiləri yoxdur. Onlar sadəcə təxmin edirlər.
Allahdan başqasına necə qulluq / xidmət etdilər?
Yunus/10:18 Allahı buraxıb, özlərinə nə zərər, nə də fayda verə bilməyənlərə qulluq/xidmət edirlər və: "Bunlar, Allah yanında bizə şəfaət edəcəklər," deyirlər. De ki: "Allahın göylərdə və yerdə bilmədiyi şeylərimi Ona bildirirsiniz? O çox Ucadır, ortaq qoşduqlarınızdan uzaqdır."

Nəhl/16:35 Ortaq qoşanlar, "Allah istəməsəydi, nə biz, nə də atalarımız Ondan başqa bir şeyə qulluq/xidmət etməz və Onun haram etdiyindən başqasını da haram etməzdik." Onlardan öncəkilər də bu cür davranmışdı. Elçinin açıq şəkildə bildirməkdən başqa bir görəvimi var?

Şura/42:21 Yoxsa Allahın izni olmadığı halda onlar üçün dini qaydalar və qanunlar ortaya qoyan ortaqlarımı var? Daha öncə müəyyən edilmiş bir qərar olmasaydı, onların arasında hökm verilərdi. Zalımlara ağrılı-acılı bir əzab vardır.

Ənam/6:136 Allahın yaratdığı əkinlərdən və kənd təsərrüfatı heyvanlarından Ona bir pay ayıraraq, (öz) başlarına görə, "Bu Allahın, bu da ortaqlarımızındır," dedilər. Ortaqlarının payı Allaha yetişmir; ancaq Allahın payı ortaqlarına yetişir! Necə də pis hökm verirlər.
Ənam/6:137 Beləcə, onların (Tanrı adından hökm verən) ortaqları, övladlarını öldürməyi belə müşriklərin (ortaq qoşanların) çoxuna yaxşı bir şeymiş kimi göstərdilər. Beləcə onları məhv etdilər və dinlərini qarışdırıb pozdular. Allah istəsəydi bunu edə bilməzdilər. Onlardan və uydurduqları şeylərdən uzaq dur.

Məryəm/19:41 Kitabda İbrahimi xatırla; peyğəmbər olan bir doğruçu idi.
Məryəm/19:42 Atasına, "Atacan, eşitməyən, görməyən və sənə bir faydası olmayan şeylərə niyə qulluq/xidmət edirsən?" demişdi.
Məryəm/19:43 "Atacan, mənə, sənə gəlməyən bir bilgi gəldi. Məni izlə ki, səni düzgün yola yetişdirim."
Məryəm/19:44 "Atacan, şeytana qulluq/xidmət etmə. Şeytan, Rəhmana qarşı çıxmışdır."
Məryəm/19:45 "Atacan, Rəhman tərəfindən bir cəzaya məruz qalmağından və şeytana dost olmağından qorxuram."
Məryəm/19:46 (Atası:) "İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Buna son qoymasan, səni daşqalaq edəcəyəm. Məndən uzaqlaş!" dedi.
Məryəm/19:47 (İbrahim) dedi: "Sənə salam (sülh) olsun! Sənin bağışlanmağın üçün Rəbbimə yalvaracağam; O, mənə qarşı çox mərhəmətlidir."
Məryəm/19:48 "Sizdən və Allahdan başqa yalvardıqlarınızdan ayrılıram. Mən Rəbbimə yalvarıram. Ümid edirəm ki, Rəbbimə yalvarmaqla bəxtsiz (bədbəxt) olmaram."

Ənam/6:40 De: "Doğrusunuzsa söyləyin görüm, sizə Allahın əzabı, yaxud Saat (dünyanın sonu) gəlsə, Allahdan başqasınamı yalvararsınız?"
Ənam/6:41 Doğrusu, Yalnız Ona yalvararsınız. İstəsə yalvardığınız mövzudakı probleminizi aradan qaldırar, siz də ortaq qoşduqlarınızı unudarsınız.

Nəhl/16:86 Ortaq qoşanlar, ortaq qoşduqları kimsələri gördükləri zaman, "Rəbbimiz, Səndən başqa çağırdığımız ortaqlarımız bax bunlardır," deyərlər. (Onlar da), "Siz yalançılarsınız (biz sizin bu günahınıza heç bir zaman ortaq olmadıq)," deyə qarşılıq verərlər.

Ğafir/40:73 Sonra onlara belə deyilər, "Haradadır otaq qoşduqlarınız,"
Ğafir/40:74 "Allahla yanaşı?" Onlar da deyərlər ki, "Bizi tərk etdilər. Halbuki biz daha öncə heç bir şeyə yalvarmamışıq." Allah inkar edənləri bax belə azdırır.

Nəml/27:23 "Onları idarə edən bir qadın gördüm. Ona hər şeydən verilmiş və böyük bir sarayı var."
Nəml/27:24 "Onu və xalqını Allahdan başqa günəşə səcdə edərkən gördüm. Şeytan onların işlərini özlərinə süsləmiş və onları yoldan çıxarmış və buna görə doğrunu görə bilmirlər."

Cinn/72:18 Məscidlər sadəcə Allaha aiddir; Elə isə Allah ilə birlikdə heç kimsəni çağırmayın.
Cinn/72:19 Allahın qulu qalxıb sadəcə Ona çağırdığında, ona qarşı az qala hamısı bir oldular.
Cinn/72:20 De ki, "Mən sadəcə Rəbbimə çağırıram; və Ona heç kimsəni ortaq qoşmaram."

Yunus/10:66 Göylərdə və yerdə nə varsa Allahındır. Allahdan başqalarına yalvaranlar əslində qoşduqları ortaqları izləməməkdədirlər. Onlar sadəcə təxmin irəli sürürlər və sadəcə cəfəngiyyat danışırlar.
Yunus/10:105 "Təkallahlı biri olaraq özünü dinə həsr etməlisən; ortaq qoşanlardan olma."
Yunus/10:106 "Allahı buraxıb, sənə fayda və zərər verə bilməyənləri çağırma. Belə etsən o zaman zalımlardan olarsan."

İbrahim/14:30 Allahın yolundan azdırmaq üçün Ona ortaqlar qoşdular. De ki: "Bir az əylənin, son yolçuluğunuz atəşə olacaqdır."

Ənkəbut/29:8 Biz insana, ana və atasına yaxşı davranmasını öyüd-nəsihət etmişik. Ancaq onlar, haqqında bilgin olmayan bir şeyi Mənə ortaq qoşmağın üçün səninlə mücadilə edərlərsə, ikisinə də uyma. Hamınızın dönüşü Mənədir və etdikləriniz şeylər haqqında sizə bilgi verəcəyəm.

Loğman/31:15 Haqqında bilgin olmayan bir şeyi Mənə ortaq qoşmağın üçün səninlə mücadilə edərlərsə, ikisinə də itaət etmə. Ancaq dünyada onlarla yaxşı davranmalısan. Mənə yönələnlərin yoluna tabe ol. Axırda dönüşünüz Mənədir və etdiyiniz hər şeyi sizə bildirəcəyəm.

Ğafir/40:42 "Siz məni Allaha qarşı nankor olmağa və haqqında bilgim olmayan şeyləri Ona ortaq qoşmağa çağırırsınız. Mən isə sizi O Üstün və Bağışlayıcı olana çağırıram."

Ənam/6:94 "Sizi ilk dəfə yaratdığımız kimi Bizə tək olaraq gəldiniz. Sizə xəyal kimi göstərdiyimiz şeyləri ardınızda buraxdınız. Haqqınızda (veriləcək qərarda Tanrı ilə) ortaq davranacaqlarını iddia etdiyiniz şəfaətçilərinizi yanınızda görmürük. Aranızdakı bağlar kəsilmişdir. İddia etdikləriniz sizi tərk etmişdir."

Şura/42:13 Daha öncə Nuha buyurduğu dini, sizə qanun olaraq müəyyən etdik. Sənə vəhy etdiyimiz kimi, İbrahimə, Musaya və İsaya da öyüd-nəsihət elədik: "Bu dini doğru tutun və onda ayrılığa (ixtilafa) düşməyin." Fəqət onları çağırdığın şey, ortaq qoşanlara ağır gəlməkdədir. Allah istəyəni özünə seçər və Özünə yönələni doğruya yetişdirər.