Zuxruf - 43:26 İbrahim, atasına və xalqına demişdi ki, "Sizin qulluq/xidmət etdiklərinizdən uzağam."
İbrahimin xalqı nələrə qulluq/xidmət edirdi?
Ənam/6:74 İbrahim, atası Azərə belə demişdi: "Heykəlləri tanrı qəbul edirsən? Səni və xalqını bütünlüklə açıq-aşkar bir azğınlıq içində görürəm."

Ənbiya/21:51 Biz daha öncə də İbrahimə anlama və qavrama bacarığını bağışlamışdıq. Biz onu çox yaxşı bilirdik.
Ənbiya/21:52 Atasına və xalqına, "Özünüzü həsr etdiyiniz bu heykəllər də nə olan şeydir?" dedi.

Şuəra/26:70 Atasına və xalqına, "Nəyə qulluq/xidmət edirsiniz?" demişdi.
Şuəra/26:71 "Heykəllərə qulluq/xidmət edirik; Biz özümüzü onlara həsr etmişik," dedilər.