Zuxruf - 43:32          
          
                        Rəbbinin rəhmətini onlarmı paylaşdırırlar?! Dünya həyatında onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq; bir-birlərinə iş gördürə bilmələri üçün onları bir-birlərinə dərəcələrlə üstün etdik. Rəbbinin rəhməti onların yığdıqlarından daha yaxşıdır.          
        
        
          "Rəbbinin rəhməti onların yığdıqlarından yaxşıdır.": Əlaqəli        
      
                  
                    
                      Ali İmran/3:157                    
                  
                  
                                        Allah yolunda ölər yaxud öldürülsəniz, Allahın bağışlaması və rəhmətinə qovuşmuş olarsınız ki, bu onların bütün topladıqlarından daha yaxşıdır.                  
                
                
              
                  
                    
                      Zuxruf/43:32                    
                  
                  
                                        Rəbbinin rəhmətini onlarmı paylaşdırırlar?! Dünya həyatında onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq; bir-birlərinə iş gördürə bilmələri üçün onları bir-birlərinə dərəcələrlə üstün etdik. Rəbbinin rəhməti onların yığdıqlarından daha yaxşıdır.                  
                
                
              
                  
                    
                      Yunus/10:58                    
                  
                  
                                        De ki, "Sadəcə, Allahın lütfü və rəhmətiylə sevinsinlər. Bu, topladıqları hər şeydən daha xeyirlidir."