Zuxruf - 43:61 O (İsa), Saat haqqında bir bilgi qaynağı və işarətdir. Elə isə onun (zamanı) haqqında şübhə etməyin və məni izləyin. Doğru yol budur.
Məryəm oğlu və anası saat (Dünyanın sonu) haqqında işarətdir:
Məryəm/19:19 (Mələk:) "Mən, sənə tərtəmiz bir oğlan uşağı vermək üçün görəvləndirilmiş Rəbbinin bir elçisiyəm," dedi.
Məryəm/19:20 (Məryəm:) "Mənə heç bir insan əli dəyməmiş və mən iffətsizlik etməmişkən necə olur ki, bir oğlum olur?" dedi.
Məryəm/19:21 (Mələk) dedi: "Elədir, Rəbbin, 'O iş Mənim üçün asandır. Onu insanlar üçün bir işarət və Bizdən bir rəhmət edəcəyik. Bu, artıq qərarlaşdırılmış bir işdir' deyir."

Ənbiya/21:91 Və ismətini qoruyan qadın da... Həqiqətən ona ruhumuzdan üfürmüşdük. Onu və oğlunu bütün dünyaya bir işarət etdik.

Muminun/23:50 Məryəm oğlunu və anasını bir işarət etdik və onları məskunlaşmaq üçün əlverişli və  çeşməsi olan bir təpədə yerləşdirdik.

Zuxruf/43:61 O (İsa), Saat haqqında bir bilgi qaynağı və işarətdir. Elə isə onun (zamanı) haqqında şübhə etməyin və məni izləyin. Doğru yol budur.