Zuxruf - 43:78 Sizə gerçəyi gətirdik; ancaq çoxunuz gerçəkdən xoşlanmırsınız.
"Sizə gerçəyi gətirdik; çoxunuz gerçəkdən xoşlanmırsınız.":
Nisa/4:61 Onlara, “Allahın nazil etdiyinə və elçisinə tərəf gəlin!”– dedikdə, o ikiüzlülərin (münafiqlərin) səndən elə hey qaçdıqlarını görürsən.

Əraf/7:70 Dedilər ki: "Sadəcə Allaha qulluq edək və atalarımızın qulluq/xidmət etdiklərini tərk edək deyəmi bizə gəldin? Doğru sözlüsənsə bizi təhdid etdiyin şeyi gətir, görək."

Yunus/10:15 Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman, Bizə qovuşmağı ümid etməyənlər, "Bundan başqa bir Quran gətir, yaxud onu dəyişdir!" deyərlər. De ki: "Onu öz tərəfimdən dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram. Rəbbimə qarşı gələrsəm, böyük günün əzabından qorxuram."
Yunus/10:82 Allah sözləriylə haqqı gerçəkləşdirir. Günahkarlar xoşlanmasa da...

Hud/11:62 Dedilər ki: "Ey Saleh, sən bundan öncə, aramızda məşhur bir ümid qaynağı idin. İndi sən bizi atalarımızın qulluq/xidmət etdiklərindənmi çəkindirirsən? Biz, sənin bizi çağırdığın şeylərdən şübhə içindəyik."

İbrahim/14:9 Sizdən öncəkilərin, Nuh, Ad və Səmud xalqının və onlardan sonra gəlib, sadəcə Allahın bildiyi kimsələrin xəbərləri sizə yetişmədimi? Elçiləri onlara açıq-aşkar dəlillərlə getdilər, fəqət onlara dəyər vermədilər (alçaltdılar) və "Biz gətirdiyiniz şeyi inkar edirik və bizi çağırdığınız mesaj haqqında şəkkimiz və şübhəmiz var," dedilər.
İbrahim/14:10 Elçiləri: "Göyləri və yeri yarıb yaradan Allahamı şəkk edirsiniz? Günahlarınızı bağışlamaq üçün sizi çağırır və sizə möhlət verir," dedilər. Onlar da, "Siz, ancaq bizim kimi insanlarsınız, atalarımızın qulluq/xidmət etməkdə olduğu şeydən bizi çevirmək istəyirsiniz. Bizə açıq-aydın bir səlahiyyət sənədi gətirin," dedilər.

İsra/17:41 Biz, öyüd almaları üçün Quranda açıqladıq. Lakin bu, sadəcə onların nifrətini artırır.
İsra/17:45 Quran oxuduğun zaman, səninlə Axirətə iman etməyənlərin arasına görünməz bir əngəl yerləşdirərik.
İsra/17:46 Və onu anlamalarını əngəlləmək üçün qəlblərinə qabıqlar (örtüklər) və qulaqlarına da ağırlıq qoyarıq. Rəbbini yalnızca Quranda xatırladığın zaman nifrətlə geriyə dönərlər.
İsra/17:82 Quranı, iman edənlər üçün bir şəfa və rəhmət olaraq nazil etdik. Zalımların isə ancaq zərərini artırır.

Həcc/22:72 Onlara açıq-aşkar ayələrimiz oxunduğunda, inkar edənlərin üzündə inkarçılığı oxuyarsan. Onlara ayələrimizi oxuyanların üzərinə az qala hücum edəcəklər. De ki, "Bundan daha pisini sizə bildirimmi? Atəş! Allah onu kafirlərə vəd etmişdir. Necə də pis bir aqibətdir!"

Nur/24:48 Aralarında hökm verməsi üçün Allaha və elçisinə tərəf çağırıldıqları zaman onlardan bir qrupun xoşuna gəlməz.

Furqan/25:60 Onlara, "Rəhmana səcdə edin!" deyildiyi zaman, "Rəhman da nə imiş? Sənin bizə qarşı müdafiə etdiyin şeyəmi səcdə edəcəyik?" deyərlər. Və bu, ancaq onların nifrətini artırar.

Fatir/35:42 Onlara xəbərdarlıq edən biri getsə, bütün topluluqlardan daha doğru yolda olacaqlarına dair var gücləri ilə Allaha and içdilər. Onlara bir elçi getdiyində, bu vəziyyət, onların ancaq nifrətini artırdı.

Saffat/37:35 Onlara "La ilahə illəllah" deyildiyində təkəbbür göstərirdilər.
Saffat/37:36 "Tanrılarımızı dəli bir şairə görə tərk edəcəyik?" deyirdilər.

Sad/38:5 "Tanrıları tək tanrımı yaratdı? Bu, gerçəkdən çox qəribədir!"
Sad/38:6 Onların liderləri önə çıxdılar, "Gedin, tanrılarınıza bağlı qalın. Sizdən istənilən sadəcə budur."

Ğafir/40:14 İnkar edənlər xoşlanmasa da dini sadəcə Allaha aid edərək Ona qulluq edin.

Zuxruf/43:78 Sizə gerçəyi gətirdik; ancaq çoxunuz gerçəkdən xoşlanmırsınız.
Zuxruf/43:78 Sizə gerçəyi gətirdik; ancaq çoxunuz gerçəkdən xoşlanmırsınız.

Saff/61:8 Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. İnkar edənlər xoşlanmasa da Allah nurunu tamamlayacaqdır.
Saff/61:9 O, elçisini hidayət və gerçək din ilə göndərdi ki, onu bütün dinlərə üstün etsin, ortaq qoşanlar xoşlanmasa da...

Nuh/71:5 Dedi ki, "Rəbbim, mən xalqımı gecə-gündüz çağırdım."
Nuh/71:6 "Amma çağırışım onların qaçmasını artırmaqdan başqa şeyə yaramadı."