Zuxruf - 43:8 Bunlardan daha güclülərini məhv etdik. Öncəkilərin örnəyi keçmişdir.
Hər cəmiyyətin müəyyənnedilmiş vaxtı vardır:
Muminun/23:43 Heç bir camaat özü üçün müəyyən edilmiş vaxtı tezləşdirə və ya gecikdirə bilməz.

Əraf/7:34 Hər camaatın bir vaxtı vardır. Vaxtlarının sonu gəldiyi zaman da nə bir saat önə alınarlar, nə də təxirə salınarlar.

Saffat/37:148 İman etdilər, Biz də onları bir müddətə qədər dolandırdıq (gün-güzəran verdik).
Saffat/37:147 Biz onu yüz min və ya daha çox adama göndərdik.

Ya sin/36:44 Bunun yerinə, Bizdən bir mərhəmət görürlər və bəlli bir müddətə qədər diri saxlanılırlar.
Ya sin/36:43 İstəsəydik onları boğardıq; nə bir çığlıqlarına yetişən olardı, nə də qurtula bilərdilər.

Həcc/22:48 Neçə-neçə şəhərlərin əhalisinə, zalım olduqları halda möhlət verdim və sonra onları hesaba çəkdim; axır dönüş Mənədir.

Məryəm/19:75 De ki: "Azğınlığa düşənlərə Rəhman bir möhlət verər. Cəzanı və dünyanın sonunu görüncəyə qədər... Pis yerə və zəif orduya kimin sahib olduğunu öyrənəcəklər."

Nəhl/16:61 Allah zülmlərinə görə insanları cəzalandırsaydı, orada bir məxluq buraxmazdı; lakin onları bəlli bir vaxta qədər təxirə salar. Vaxtlarının sonu gəldiyi zaman da nə bir saat önə alınarlar, nə də təxirə salınarlar.

Kəhf/18:58 Rəbbin Bağışlayandır, Mərhəmət sahibidir. Etdikləriylə dərhal onları haqq-hesaba çəksə, onlar üçün əzabı tezləşdirmiş olardı. Ancaq, onlara müəyyən bir vaxt verir ki, onun kənarına çıxa bilməzlər.

Hud/11:48 Deyildi ki: "Ey Nuh, Sənə və səninlə birlikdə olan millətlərə Bizdən sülh (əmin-amanlıq) və bərəkətlərlə en. Ayrıca elə millətlər var ki, onları bir müddət yaşadacağıq və sonra onlara bizdən ağrılı-acılı bir əzab toxunacaqdır.

Fatir/35:45 Allah insanları etdiklərinə görə cəzalandırsaydı, yer üzündə heç bir məxluq buraxmazdı. Fəqət, onları bəlli bir müddətə qədər təxirə salmaqdadır. Nə zaman ki, müddətləri bitər, bax o zaman Allah qullarının (hesabını) görər.

Yunus/10:49 De ki: "Allahın istəməsi xaricində, mən özümə belə nə bir zərər, nə də bir fayda vermə gücünə sahib deyiləm. Hər camaatın bir vaxtı vardır. Vaxtları bitincə nə bir saat gecikdirilər, nə də irəli alınarlar."

Səba/34:30 De ki, "Sizə bir saat gecikməyəcək, bir saat da tez gəlməyəcək, müəyyən edilmiş bir gününüz vardır."