Zuxruf - 43:89
Onlara əhəmiyət vermə və "Salam" (sülh və rifah), de; yaxında biləcəklər.
"Yaxında biləcəklər": Məqsəd nədir?
Furqan/25:42
"Müqavimət göstərməsəydik, az qala bizi tanrılarımızdan azdırırıb ayıracaqdı." Əzabı gördüklərində kimin gerçəkdən azğın yolda olduğunu öyrənəcəklər.
Hud/11:39
"Alçaldıcı əzab kimə gəlirmiş və sürəkli əzaba kim layiq imiş, irəlidə biləcəksiniz."
Hud/11:93
"Xalqım, əlinizdən gələni edin; mən də edəcəyəm. Alçaldıcı əzabın kimə gələcəyini və kimin yalançı olduğunu irəlidə biləcəksiniz. Ümidlə gözləyin, mən də sizinlə birlikdə ümidlə gözləyirəm."
Zumər/39:39
De ki, "Ey xalqım, bildiyinizi edin, mən də edəcəyəm. İrəlidə biləcəksiniz:"
Zumər/39:40
"Alçaldıcı əzab kimə gəlirmiş və sürəkli əzaba kim layiq imiş!"
Təkasur/102:3
Doğrusu, yaxında biləcəksiniz.
Təkasur/102:4
Əlbəttə, yaxında biləcəksiniz.
Təkasur/102:5
Doğrusu, qəti olaraq bilsəydiniz,
Təkasur/102:6
Cəhənnəmi görərdiniz.
Təkasur/102:7
Onsuz da, onu gözünüzlə qəti olaraq görəcəksiniz.
Təkasur/102:8
Sonra, o gün (sizə verilən) nemətlərdən sorğu-sual olunacaqsınız.