Zuxruf - 43:9          
          
                        Onlardan, "Göyləri və yeri kim yaratdı?" deyə soruşsan, "Onları yaratdı, Üstün və Hər Şeyi Bilən," deyəcəklər.          
        
        
          Əlaqəli:        
      
                  
                    
                      Yunus/10:31                    
                  
                  
                                        De ki: "Sizə göydən və yerdən kim ruzi verir? Eşitmə və görmə duyğularınızı kim kontrol edir? Ölüdən dirini, diridən ölünü kim çıxarır? Bütün işləri kim idarə edir?" "Allah," deyəcəklər. De ki: "Elə isə nə üçün müttəqi davranmırsınız?"                  
                
                
              
                  
                    
                      Muminun/23:84                    
                  
                  
                                        De ki, "Yer, göylər və içlərində olanlar kimindir, bilirsinizmi?"                    
                
                
              
                  
                    
                      Muminun/23:85                    
                  
                  
                                        "Allahdır!" deyəcəklər. De ki, "Öyüd almırsınız?"                  
                
                
              
                  
                    
                      Muminun/23:86                    
                  
                  
                                        De ki: "Rəbbi kimdir yeddi göyün, Böyük hakimiyyətin Rəbbi?"                  
                
                
              
                  
                    
                      Muminun/23:87                    
                  
                  
                                        "Allahdır!" deyəcəklər. De ki, "Müttəqi olmayacaqsınız?"                  
                
                
              
                  
                    
                      Muminun/23:88                    
                  
                  
                                        De ki: "Qoruyub mühafizə edən, fəqət Özü qorunub mühafizə edilməyən; hər şeyin hökmranlığını əlində saxlayan kimdir, bilirsinizmi?"                  
                
                
              
                  
                    
                      Muminun/23:89                    
                  
                  
                                        "Allah!" deyəcəklər. De ki, "O halda necə olur ki, aldanırsınız?"                  
                
                
              
                  
                    
                      Ənkəbut/29:63                    
                  
                  
                                        Onlara, "Göydən suyu kim endirib, ölümündən sonra torpağı canlandırır?" deyə soruşsan, "Allah" deyəcəklər. De ki, "Tərif Allaha aiddir." Ancaq çoxları anlamır.                  
                
                
              
                  
                    
                      Ənkəbut/29:61                    
                  
                  
                                        Onlara, "Göyləri və yeri kim yaratdı? Günəşi və ayı kim əmrinizə verdi?" deyə soruşsan, "Allah", deyə qarşılıq verəcəklər. Elə isə nə üçün azırlar?                   
                
                
              
                  
                    
                      Loğman/31:25                    
                  
                  
                                        Onlardan, "Göyləri və yeri kim yaratdı?" deyə soruşsan, "Allah" deyəcəklər. De ki, "Tərif Allaha aiddir." Ancaq çoxları anlamır.                  
                
                
              
                  
                    
                      Zumər/39:38                    
                  
                  
                                        Onlardan, "Göyləri və yeri kim yaratdı?" deyə soruşsan, "Allah," deyəcəklər. De ki, "Allahdan başqa qulluq/xidmət etdiklərinizə nə deyirsiniz? Allah mənim üçün bir zərər istəsə, onlar Onun zərərini aradan qaldıra bilərmi? Yaxud O mənim üçün bir rəhmət diləsə onlar Onun rəhmətinin qarşısını ala bilərmi?" De ki, "Allah mənə yetər." Güvənənlər Ona güvənsinlər.                  
                
                
              
                  
                    
                      Zuxruf/43:9                    
                  
                  
                                        Onlardan, "Göyləri və yeri kim yaratdı?" deyə soruşsan, "Onları yaratdı, Üstün və Hər Şeyi Bilən," deyəcəklər.                  
                
                
              
                  
                    
                      Zuxruf/43:87                    
                  
                  
                                        Onlara, özlərini kimin yaratdığını soruşsan, "Allah," deyəcəklər. Elə isə nə üçün çevrilirlər?