Duxan - 44:11 İnsanların hər tərəfini saracaqdır; Bu, ağrılı-acılı bir əzabdır.
Dünyanın sonunun yaxınlaşdığını xəbər verən əlamətlər (işarətlər):
Nəml/27:82 Zamanı gəlincə, onlara torpaqdan məmul bir məxluq çıxardacağıq; onlara, insanların ayə və möcüzələrimizə iman etmədiyini bildirəcək.
Nəml/27:83 Gün gələcək, hər camaatın içində, ayələrimizi və möcüzələrimizi yalanlayan kimsələri toplayıb sürüyəcəyik.

Duxan/44:9 Doğrusu, onlar bir şübhə içində, oynamaqdadırlar (vaxtlarını boşa keçirməkdədirlər).
Duxan/44:10 Göyün açıq-aşkar bir dumanı gətirəcəyi günü gözlə.
Duxan/44:11 İnsanların hər tərəfini saracaqdır; Bu, ağrılı-acılı bir əzabdır.

Ənbiya/21:96 Nəhayət, Yəcuc və Məcucun önü açıldığı zaman, onlar hər yöndən hücuma keçərlər.
Ənbiya/21:97 Haqq sözün gerçəkləşməsi yaxınlaşmış və kafirlərin gözləri qorxudan donub qalmışdır: "Vay bizim halımıza, biz bundan qafil idik. Biz gerçəkdən zalımlar olduq."

Qamər/54:1 Saat (dünyanın sonu) yaxınlaşdı və ay yarıldı.
Qamər/54:2 Bir möcüzə görsələr üz çevirərlər və, "Davam eden bir sehrdir" deyərlər.
Qamər/54:3 Yalanladılar, arzularına və tamamilə status-kvo'ya tabe oldular.
Qamər/54:4 Halbuki, pisliklərini əngəlləyə biləcək xəbərdarlıqlarla dolu xəbərlər onlara gəlmişdir.

Hicr/15:85 Biz, göyləri, yeri və aralarındakı şeyləri bəlli bir məqsəd üçün yaratdıq. O Saat (dünyanın sonu) əlbəttə gələcəkdir, elə isə onlara gözəl və yumşaq davran.
Hicr/15:87 Biz sənə yeddi cifti və böyük Quranı verdik.

Muddəssir/74:31 Biz atəşə gözətçi olaraq sadəcə mələkləri təyin etdik. Onların sayını (on doqquzu) da, inkar edənlər üçün bir fitnə (imtahan/hüzursuzluq qaynağı) etdik, kitab verilmiş olanları razı etsin, iman edənlərin inancını gücləndirsin, kitab verilmiş olanlarla iman edənlərin şübhələrini ortadan qaldırsın və qəlblərində xəstəlik olanlarla inkar edənlər də, "Allah bu örnəklə nə demək istəyir?" desinlər. Beləcə Allah istədiyini/istəyəni azdırır və istədiyini/istəyəni də doğruya yönəldir. Rəbbinin ordularını Özündən başqası bilməz. Bu (say) insanlara bir mesajdır.
Muddəssir/74:37 İrəliləmək yaxud, geridə qalmaq istəyənləriniz üçün.

Ta ha/20:113 Biz, beləcə onu ərəbcə bir Quran olaraq nazil etdik. Müttəqi davranarlar və ya onlar üçün bir öyüd olar deyə, onda gələcəyin xəbərlərini müxtəlif şəkillərdə açıqladıq.

Zuxruf/43:61 O (İsa), Saat haqqında bir bilgi qaynağı və işarətdir. Elə isə onun (zamanı) haqqında şübhə etməyin və məni izləyin. Doğru yol budur.

Əhqaf/46:10 De ki , "Düşündünüzmü, əgər o, Allah qatındandırsa və siz də ona qarşı çıxmışsınızsa və İsrail oğullarından bir şahid də bunun bənzərini görüb iman etdiyi halda, siz təkəbbür göstərib üz çevirmişsinizsə?! Şübhəsiz Allah zalım topluluğu doğru yola yönəltməz."