Casiyə - 45:13 Göylərdə və yerdə nə varsa hamısını öz qatından əmrinizə vermişdir. Düşünən bir topluluq üçün əlbəttə bunda ibrətlər vardır.
Allah hər şeyi (Öz) qatından, bir ölçü ilə endirər:
Rad/13:8 Allah hər dişinin yükləndiyini, rəhimlərin əskiltdiyini və artırdığını bilir. Onun yanında hər şey müəyyən bir ölçüyə görədir.

Hicr/15:19 Yer üzünü genişlədib içinə sağlam dağlar yerləşdirdik və orada hər şeyi mükəmməl bir ölçüyə görə bitirdik.

Talaq/65:3 Və gözləmədiyi yerdən ona ruzi verər. Kim Allaha güvənərsə, O, ona yetər. Allah əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.


Zuxruf/43:11 O ki, göydən bir ölçüyə görə su endirdi, onunla ölü bir ölkəni diriltdik. Bax, siz belə çıxarılacaqsınız.

Muminun/23:18 Göydən müəyyən bir ölçüdə su endirdik və onu torpaqda (yığıb) saxladıq. Şübhəsiz onu ortadan qaldırmağa da (yox etməyə də) gücümüz yetər.

Fussilət/41:10 Onun üstündə tarazlıq qoruyucuları yerləşdirdi və onu bərəkətli etdi. Bütün axtarıb istəyənlər üçün onun qidalarını dörd gündə ölçüb nizama saldı.

Furqan/25:2 Göylərin və yerin hökmranlığı Ona aiddir. Övlad götürməmişdir və hökmranlığında da Özünün ortağı yoxdur. Hər şeyi yaratmış və ən təfərrüatlı ölçülərlə ona nizam vermişdir.

Rahmən/55:7 Göyü yüksəltdi və ölçünü/tarazlığı qoydu.

Şura/42:27 Allah qullarına bolluca ruzi versəydi, yer üzündə azacaqdılar. Həqiqətən, istədiyi ölçüdə göndərir. O, qullarından Xəbərdardır, Görəndir.