Casiyə - 45:26
De ki, "Sizi Allah dirildir və öldürür. Sonra gerçəkləşməsində şübhə olmayan Dirilmə Günündə sizi bir araya toplayar. Fəqət insanların çoxu bilməz."
Allah hər kəsi toplu halda dirildir:
Loğman/31:28
Hamınızın yaradılışı və dirilməsi bir tək nəfərinki kimidir. Allah Dinləyəndir, Görəndir.
Kəhf/18:47
Dağları silib götürdüyümüz və yeri çılpaq buraxdığımız gün onları toplayarıq; bir dənəsini belə buraxmadan.
Duxan/44:40
Hamısı Qərar Günü toplu şəkildə cəmlənəcəklər.
Mucadilə/58:6
Gün gələr Allah onları toplu şəkildə dirildər və sonra etmiş olduqlarını özlərinə xəbər verər. Onlar, unutduqları halda, Allah onları hesaba almışdır. Və Allah hər şeyə Şahiddir.