Casiyə - 45:6
Bunlar, sənə gerçək olaraq oxuduğumuz Allahın ayələridir. Allahdan və ayələrindən başqa hansı hədisə inanırlar?
Quran Allahın biliyi ilə nazil edilmişdir:
Fussilət/41:41
Özlərinə mesaj yetişdikdən sonra onu inkar edənlər bilsin ki, o üstün bir Kitabdır.
Fussilət/41:42
Batil, onun nə önündən, nə də arxasından yaxınlaşa bilməz. Hikmət və Tərifəlayiq olanın nazil etdiyi bir vəhydir.
Nisa/4:166
Fəqət Allah, sənə nazil etdiyinə şahidlik edər. Onu Öz biliyi ilə nazil etdi. Mələklər də buna şahidlik edər. Şahid olaraq Allah yetər.
Nisa/4:82
Quranı araşdırmırlarmı? Allahdan başqası tərəfindən olsaydı onda bir çox ziddiyyət tapacaqdılar.
Muddəssir/74:25
"Bu, sadəcə bir insan sözüdür."
Muddəssir/74:30
Üzərində on doqquz vardır.
Əraf/7:52
Bilgi ilə detallandırdığımız, iman edən bir camaat üçün yol göstərici və rəhmət olan bir kitabı onlara gətirdik.
Hud/11:1
Əlif. Ləm. Ra. (Bu) elə bir kitabdır ki, Hikmət sahibi və hər şeydən Xəbərdar biri tərəfindən ayələri sağlamlaşdırılmış və sonra da açıqlanıb detallanmışdır.
Hud/11:13
"Onu (Quranı) o uydurdumu"- deyirlər? De ki: "Haydı ona bənzər, uydurulmuş on surə gətirin. Allahdan başqa bütün dostlarınızı da çağırın, doğru sözlülərsinizsə!"
Hud/11:14
Sizə cavab verə bilmədilərsə, biləsiniz ki, o Allahın bilgisi ilə nazil edilmişdir və Ondan başqa tanrı yoxdur. Artıq müsəlman olacaqsınızmı?
İsra/17:88
De ki: "Bütün insanlar və cinlər bu Quranın bir bəzərini əmələ gətirmək məqsədi ilə toplansalar və bu mövzuda bir-birlərinə dəstək olsalar belə onun bir bənzərini əmələ gətirə bilməzlər."
Şuəra/26:209
Bu bir xəbərdarlıq və mesajdır; çünki Biz zülm etmərik.
Şuəra/26:210
Onu şeytanlar nazil etməmişdir.
Şuəra/26:211
Onlar bunu nə edərlər, nə də bacararlar.
Zumər/39:23
Allah sözün ən gözəlini endirdi, tutarlı və ikişərli bir kitab halında. Rəblərinə sayğı göstərənlərin dəriləri ondan dolayı ürpərər. Sonra dəriləri və qəlbləri Allahın mesajına qarşı yumşalar. Bu, Allahın yol göstərməsidir; istədiyini və/və ya istəyəni ona yetişdirər. Allahın azdırdığı bir kimsəyə rəhbər tapılmaz.