Əhqaf - 46:15
Biz insana ana-atasına yaxşılıq etməsini öyüd-nəsihət etdik. Anası onu zəhmətlə daşıyar, zəhmətlə doğar. Ana qarnında daşınması ilə süddən kəsilməsi otuz ay çəkər. Nəhayət yetkinlik yaşına çatınca və qırx yaşına yetişincə: "Rəbbim, mənə, anama və atama verdiyin nemətə şükür etməyə və razı olacağın faydalı işlər görməyə məni yönəlt. Mənim soyumu islah et. Mən tövbə edib, Sənə təslim olanlardanam," deməlidir.
Allaha şükür edərsək:
Zumər/39:7
İnkar edərsinizsə, Allahın sizə ehtiyacı yoxdur. Fəqət O, qullarının inkarçı olmasından xoşlanmaz. Şükür edərsinizsə sizdən razı olar. Heç kimsə başqa kimsənin günah yükünü daşımaz. Sonra dönüşünüz Rəbbinizədir və etmiş olduqlarınızı sizə xəbər verəcəkdir. O, kökslərin özünü bilir.
İbrahim/14:7
Rəbbin, "Şükür edərsəniz, sizə daha bol verərəm, amma nankorluq edərsəniz əzabım çətindir," deyə bildirmişdi.
Bəqərə/2:152
Məni xatırlayın ki, Mən də sizi xatırlayım. Mənə təşəkkür edin; nankorluq etməyin.
Ali İmran/3:144
Muhəmməd sadəcə bir elçidir və ondan öncə də neçə-neçə elçilər gəlib keçmişdir. Ölər yaxud öldürülərsə geriyəmi dönəcəksiniz? Səbatsızlar Allaha heç bir zərər verə bilməz. Allah şükür edənləri mükafatlandıracaqdır.
Ali İmran/3:145
Allahın izni olmadan heç kimsə ölə bilməz. Ölümün müəyyən edilmiş bir vaxtı var. Kim dünya nemətini istəyərsə, ona ondan verərik. Kim də axirət nemətini istəyərsə, ona da ondan verərik. Şükür edənləri mükafatlandıracağıq.
Nisa/4:147
Siz şükür edib və iman etsəniz, Allah sizi nə üçün cəzalandırsın ki? Allah Qarşılıq Verəndir, Güclüdür.
Nəml/27:40
Kitab bilgisinə sahib olan biri də, "Mən onu, gözünü qırpman üçün sərf olunan vaxtdan daha tez gətirə bilərəm!" dedi. Onu yanında dayanmış görüncə, "Bu Rəbbimin bir lütfüdür. Şükürmü, yoxsa nankorluqmu edəcəyimi sınayır. Şükür edən özü üçün şükür etmiş olar. Nankorluq edən də, bilsin ki, mənim Rəbbim Zəngindir, Şərəflidir," dedi.
Loğman/31:12
Loğmana hikmət verdik: "Allaha şükür etməlisən!" Kim şükür edərsə, özü üçün şükür edər; kim nankorluq edərsə, əlbəttə Allah möhtac deyildir, Çox Tərifəlayiqdir."