Əhqaf - 46:21 Ad qövmünün qardaşının qum təpələrindəki xalqını xəbərdar etmiş olduğunu xatırla! Ondan öncə və sonra "Allahdan başqasına qulluq etməyin. Sizin üçün müdhiş bir günün cəzasından qorxuram," deyən neçə-neçə xəbərdar edən (elçilər) keçmişdi.
Ad qövmünün qardaşı: Kimdir?
Əraf/7:65 Ad xalqına da qardaşları Hudu göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Müttəqi olmayacaqsınız?"