Əhqaf - 46:8
Yoxsa "Onu uydurdumu deyirlər? De ki, "Onu mən uydurdumsa, siz məni Allahdan gələcək heç bir şeyə qarşı qoruya bilməzsiniz. O, sizin həddi aşmanızı ən yaxşı Biləndir. Mənimlə sizin aranızda şahid olaraq O yetər. O, Bağışlayandır, Rəhmlidir."
Quran Allahın biliyi ilə nazil edilmişdir:
Fussilət/41:41
Özlərinə mesaj yetişdikdən sonra onu inkar edənlər bilsin ki, o üstün bir Kitabdır.
Fussilət/41:42
Batil, onun nə önündən, nə də arxasından yaxınlaşa bilməz. Hikmət və Tərifəlayiq olanın nazil etdiyi bir vəhydir.
Nisa/4:166
Fəqət Allah, sənə nazil etdiyinə şahidlik edər. Onu Öz biliyi ilə nazil etdi. Mələklər də buna şahidlik edər. Şahid olaraq Allah yetər.
Nisa/4:82
Quranı araşdırmırlarmı? Allahdan başqası tərəfindən olsaydı onda bir çox ziddiyyət tapacaqdılar.
Muddəssir/74:25
"Bu, sadəcə bir insan sözüdür."
Muddəssir/74:30
Üzərində on doqquz vardır.
Əraf/7:52
Bilgi ilə detallandırdığımız, iman edən bir camaat üçün yol göstərici və rəhmət olan bir kitabı onlara gətirdik.
Hud/11:1
Əlif. Ləm. Ra. (Bu) elə bir kitabdır ki, Hikmət sahibi və hər şeydən Xəbərdar biri tərəfindən ayələri sağlamlaşdırılmış və sonra da açıqlanıb detallanmışdır.
Hud/11:13
"Onu (Quranı) o uydurdumu"- deyirlər? De ki: "Haydı ona bənzər, uydurulmuş on surə gətirin. Allahdan başqa bütün dostlarınızı da çağırın, doğru sözlülərsinizsə!"
Hud/11:14
Sizə cavab verə bilmədilərsə, biləsiniz ki, o Allahın bilgisi ilə nazil edilmişdir və Ondan başqa tanrı yoxdur. Artıq müsəlman olacaqsınızmı?
İsra/17:88
De ki: "Bütün insanlar və cinlər bu Quranın bir bəzərini əmələ gətirmək məqsədi ilə toplansalar və bu mövzuda bir-birlərinə dəstək olsalar belə onun bir bənzərini əmələ gətirə bilməzlər."
Şuəra/26:209
Bu bir xəbərdarlıq və mesajdır; çünki Biz zülm etmərik.
Şuəra/26:210
Onu şeytanlar nazil etməmişdir.
Şuəra/26:211
Onlar bunu nə edərlər, nə də bacararlar.
Zumər/39:23
Allah sözün ən gözəlini endirdi, tutarlı və ikişərli bir kitab halında. Rəblərinə sayğı göstərənlərin dəriləri ondan dolayı ürpərər. Sonra dəriləri və qəlbləri Allahın mesajına qarşı yumşalar. Bu, Allahın yol göstərməsidir; istədiyini və/və ya istəyəni ona yetişdirər. Allahın azdırdığı bir kimsəyə rəhbər tapılmaz.