Muhəmməd - 47:13 Səni qovub çıxardan ölkəndən daha güclü neçə-neçə ölkələr var idi ki, onları məhv etdik, onlara yardım edən olmadı.
Məhv edilən qövmlərin, qəbul etdikləri tanrıları onlara yardım edə bilmədi:
Əhqaf/46:27 Çevrənizdəki neçə-neçə şəhərləri də məhv etdik. Dönərlər deyə onlara ayələri açıqlamışdıq.
Əhqaf/46:28 Allahdan başqa, Ona yaxınlaşmaq məqsədi ilə seçdikləri tanrılar onlara yardım etməli deyildimi? Əksinə, onları tərk etdilər. Məhz onların yalanları və uydurmaları belədir.

Ğafir/40:21 Özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzündə gəzib-dolaşmırlarmı? Onlardan daha çox gücə sahib idilər, yer üzündə daha çox məhsuldar idilər. Ancaq Allah onları günahları ilə yaxaladı. Allaha qarşı onları qoruya bilən yoxdur.

Rad/13:11 (Onların hər biri üçün) önündən və ardından nöbələşərək izləyənlər vardır. Onu Allahın əmri ilə qoruyurlar. Bir topluluq özünü dəyişdirmədikcə Allah onların durumunu dəyişdirməz. Allah bir topluluq üçün fənalıq istədisə, heç bir güc onu durdura bilməz; onların Ondan başqa bir qoruyub müdafiə edənləri də olmaz.

Hud/11:100 Sənə bu nəql etdiklərimiz, o məmləkətlərin xəbərlərindəndir. Onlardan bəzisi hələ də ayaqdadır, bəzisi də biçilmişdir (məhv edilmişdir).
Hud/11:101 Biz onlara zülm etmədik, onlar özləri özlərinə zülm etdilər. Rəbbin əmri gəldiyi zaman, Allahdan başqa yalvardıqları tanrıları onları heç bir şeydən qurtara bilmədi. Əslində, onların yalnızca ziyanlarını artırdı.

Qasas/28:81 Onu evi ilə birlikdə yerin dibinə batırdıq. Allahdan başqa ona yardım edə biləcək bir dəstəsi yoxdu; qazananlardan olmadı.

Kəhf/18:37 Onunla söhbət edən yoldaşı ona dedi ki: "Səni torpaqdan, xırda bir damladan yaradıb səni bir adam şəklinə salan Rəbbinimi inkar edirsən?"
Kəhf/18:38 "Mənə gəlincə... O Allah mənim Rəbbimdir, mən Rəbbimə heç bir şeyi ortaq qoşmaram."
Kəhf/18:39 "Bağına girdiyin zaman, 'Bu Allahın Bəxşişidir (MaşaAllah), Qüvvət ancaq Allah ilədir (La quvvətə illa billah)' deməli deyildinmi? Səndən daha az paraya (pula) və övlada sahib olduğumu görə bilərsən, amma"
Kəhf/18:42 Dediyi vaxt, məhsulu məhv edildi. Çardaqları üzərinə yığılmış olan bağına verdiyi əməkdən ötrü matəm tutmağa və: "Kaş ki, Rəbbimə ortaq qoşmasaydım," deməyə başladı.
Kəhf/18:43 Allahdan başqa özünə yardım edə biləcək bir dəstək tapa bilmədi. Özünü də qurtara bilmədi.