Fəth - 48:11
Ərəblərdən geridə qalanlar, "Paralarımız (pullarımız) və ailə-uşaqlarımız bizə mane oldu, bizim üçün bağışlanma dilə," deyəcəklər. Onlar qəlblərində olmayanı, dilləri ilə söyləyirlər. De ki, "Sizin üçün bir zərər və ya fayda diləyərsə, Allahın bu diləyinə kim əngəl ola bilər?" Halbuki Allah bütün etdiklərinizdən xəbərdardır.
11, 12 ... 16 ayələri əsasında savaşdan geri qalanlar:
Nisa/4:72
İçərinizdə ağır davrananlar var. Sizə bir müsibət gələrsə, "Allah mənə yaxşılıq etdi və onlarla birlikdə şəhid düşmədim," deyər.
Nisa/4:141
Onlar sizə göz qoyurlar. Allahdan sizə bir zəfər gəldiyində: “Biz sizinlə birlikdə deyildikmi?”– deyərlər. Qazanma sırası inkar edənlərə gələrsə bu səfər, “Biz sizə dəstək olaraq sizi iman edənlərdən qorumadıqmı," - deyərlər. Dirilmə günü, Allah aranızda hökm verəcəkdir. Allah inkar edənlərə, iman edənlər üzərində hakim olma fürsətini verməyəcək.
Qasas/28:57
Dedilər ki, "Sənin hidayətinə tabe olsaq yurdumuzdan edilərik." Onları, qatımızdan hər növ məhsulun ruzi olaraq toplanıb götürüldüyü güvənli və mübarək bir bölgəyə yerləşdirmədikmi? Halbuki çoxları bilməz.
Əhzab/33:13
Onlardan bir qrup isə, "Yəsrib əhli, artıq dayana bilməzsiniz; geri dönün," deyirdi. Onlardan digər qrup isə, evləri qorunduğu halda, "Evlərimiz mühafizəsiz qaldı," deyərək peyğəmbərdən izin istəyirdilər. Bütün məqsədləri qaçmaq idi.
Əhzab/33:14
Orası işğal edilsə və düşmənə qatılmaları istənsəydi heç tərəddüt etmədən onlara qatılardılar.
Əhzab/33:19
Sizinlə əlaqələrində çox xəsisdirlər. Təhlükə gəldiyində, üzərinə ölüm halsızlığı çökmüş kimsə kimi gözləri qorxudan dönmüş bir halda sənə baxdıqlarını görərsən. Təhlükə keçincə də, mala-mülkə düşkünlük göstərərək sizi acı (incidici) dilləri ilə incidərlər. Bu cür kimsələr iman etmiş deyillər. Buna görə Allah onların işlərini boşa çıxarar. Bu, Allah üçün asandır.
Fəth/48:11
Ərəblərdən geridə qalanlar, "Paralarımız (pullarımız) və ailə-uşaqlarımız bizə mane oldu, bizim üçün bağışlanma dilə," deyəcəklər. Onlar qəlblərində olmayanı, dilləri ilə söyləyirlər. De ki, "Sizin üçün bir zərər və ya fayda diləyərsə, Allahın bu diləyinə kim əngəl ola bilər?" Halbuki Allah bütün etdiklərinizdən xəbərdardır.
Ali İmran/3:166
İki ordu qarşılaşdığı gün başınıza gələnlər Allahın izni ilə oldu. İman edənlər beləcə ayırd edilir.
Ali İmran/3:167
İkiüzlülər də beləcə aşkara çıxarılır. Onlara, “Gəlin, Allah yolunda savaşın, ya da yardım edin,”– deyildiyində, onlar, “Savaşdan anlasaydıq sizə qatılardıq,”– dedilər. O an onlar imandan daha çox inkara yaxın idilər. Qəlblərində olmayanı ağızları ilə söyləyirlər. Halbuki Allah onların gizlədiyini çox yaxşı bilir.
Ali İmran/3:168
Onlar oturub, əqrəbaları üçün bunu söylədilər: “Bizə itaət etsəydilər, öldürülməyəcəkdilər.” De ki, “Elə isə ölümü özünüzdən uzaqlaşdırın, doğru sözlü olduğunuzu isbatlayın."
Ali İmran/3:154
Sonra o üzüntünün ardından, içərinizdən bir qrupa təskinlik verən güvən dolu bir yuxunu üzərinizə endirdi. Bir qisminiz eqoistcəsinə öz dərdinə düşmüş, cahiliyyə dövründə olduğu kimi Allah haqqında yanlış düşüncələr çıxarır və, "Bu işdə bir səlahiyyətimiz varmı," - deyirdi. "Bütün səlahiyyət Allahındır," - de. Sənə açmadıqlarını içlərində gizləyirdilər. "Bizim bir səlahiyyətimiz olsaydı burada öldürülməzdik," - deyirlər. De ki, "Evlərinizdə belə olsaydınız, aranızda ölməsi qərarlaşdırılanlar devriləcəkləri yerə doğru sürünəcəkdilər." Allah beləcə kökslərinizdəkini sınayar və qəlblərinizdəkini təmizləyər. Allah ən gizli düşüncələri bilir.
Tovbə/9:38
Ey iman edənlər, sizə nə oldu ki, "Allah yolunda hərəkətə keçin," deyildiyi zaman, yerə yapışıb qaldınız? Axirət yerinə bu dünya həyatınamı razı oldunuz? Dünya həyatının nemətləri axirət həyatına müqayisədə çox azdır.
Tovbə/9:39
Hərəkətə keçməzsəniz sizi ağrılı-acılı bir əzabla cəzalandıraraq yerinizə başqa bir camaatı keçirər. Siz Ona əsla zərər verə bilməzsiniz. Allah hər şeyə Gücü Yetəndir.
Tovbə/9:40
Siz ona yardım etməzsəniz, Allah ona yardım etmişdir. (Örnək olaraq) kafirlər onu, ikinin ikincisi olaraq çıxarmışdılar. O vaxt ikisi mağarada ikən, yoldaşına, "Üzülmə, Allah bizimlə bərabərdir," deyirdi... Allah ona hüzur və güvən endirdi; görmədiyiniz ordularla dəstəkləyərək inkar edənlərin sözünü alçaltdı. Uca olan, yalnızca Allahın sözüdür. Allah Üstündür, Hikmət sahibidir.
Tovbə/9:41
İstər yüngül, istərsə də ağır olaraq savaşa çıxın. Paralarınızla və canlarınızla Allah yolunda cihad edin! Bu sizin üçün daha yaxşıdır, bir bilsəydiniz.
Tovbə/9:42
Yaxın bir mənfəət və orta məsafədə bir yolçuluq (səfər) olsaydı, səni izləyəcəkdilər; ancaq çətinlik onlara ağır gəldi. Allaha and içəcəklər: "Gücümüz yetsəydi, sizinlə birlikdə çıxacaqdıq." Beləcə özlərini məhv edirlər. Allah onların yalançı olduqlarını bilir.
Tovbə/9:43
Allah səni əfv etdi: Doğrular və yalançılar sənə bəlli olmadan öncə nə üçün onlara izin verdin?
Tovbə/9:44
Allaha və Axirət gününə iman edənlər, paralarıyla və canlarıyla səy göstərməkdən (qaçmaq üçün) səndən izin istəməzlər. Allah müttəqiləri layiqincə tanıyır.
Tovbə/9:45
Ancaq Allaha və Axirət gününə iman etməyənlər səndən izin istəyər. Qəlbləri şübhə ilə doludur. Onlar şübhələri içində çaşbaş qalmaqdadırlar.
Tovbə/9:46
Savaşa çıxmaq istəsəydilər, onun üçün bir hazırlıq edərdilər. Fəqət Allah onların qatılmalarını istəmədi və onları ürəksiz və istəksiz etdi. Onlara, "Oturanlarla birlikdə oturun," deyildi.
Tovbə/9:83
Səfərə çıxma mövzusunda onlardan bir qrupun səndən izin istəyəcəkləri bir fürsəti Allah sənə təkrar versə, de: "Mənimlə birlikdə əbədiyyən hərəkata (savaşa) çıxmayacaqsınız və mənimlə birlikdə heç bir düşmənlə savaşmayacaqsınız. Çünki siz, ilk başda oturmağı seçmişdiniz. Elə isə, geri qalanlarla bərabər oturun."
Tovbə/9:84
Onlardan ölən birisi üçün namaz qılma, məzarı başında da durma. Çünki onlar Allaha və elçisinə qarşı gəldilər və yoldan çıxmışlar olaraq öldülər.
Tovbə/9:85
Paraları (pulları) və övladları səni təsirə salmasın. Allah bunlarla, onları dünyada cəzalandırmaq və canlarının inkarçılar olaraq çıxmasını istəyir.
Tovbə/9:86
"Allaha iman edin, elçisi ilə birlikdə cihad edin," deyə bir surə nazil edildiyi zaman, onların güclü və var-dövlət sahibi olanları belə səndən izin istədilər və: "Bizi burax oturanlarla bərabər olaq," dedilər.
Tovbə/9:90
Ərəblərdən üzr uyduranlar, izin almaq üçün sənin yanına gəldilər. Allah və elçisinə yalan söyləyənlər beləcə oturdular. İnkarçılarına ağrılı-acılı bir əzab toxunacaqdır.
Tovbə/9:91
Allaha və elçisinə səmimi bağlı olduqları təqdirdə zəiflərə, xəstələrə və yardım üçün verəcək bir şey tapa bilməyənlərə bir eyib yoxdur. Yaxşı davrananlar qınana bilməz. Allah Bağışlayandır, Rəhmlidir.
Tovbə/9:92
Eyni şəkildə, onları mindirməyin üçün sənin yanına gəldiklərində, "Sizi mindirəcək bir minik tapa bilmirəm," dediyin və maddi imkansızlıqlarına görə üzüntüdən gözlərindən yaş axaraq geri dönənlər də qınana bilməz.
Tovbə/9:93
Yalnız, zəngin olduqları halda səndən izin istəyənlər qınana bilər. Geridə qalanlarla birlikdə olmağı istədilər, Allah da qəlblərini damğaladı. Bunun üçün bilməzlər.
Tovbə/9:94
(Savaşdan gəlib) onlara döndüyünüzdə sizə üzrlər sayarlar. De ki: "Boşuna üzr saymayın; sizə artıq inanmırıq, Allah durumunuzu bizə bildirmişdir. Allah və elçisi sizin işlərinizi görəcək və sonra da gizlini və açığı Bilənin hüzuruna döndəriləcəksiniz. O etdikləriniz hər şeyi sizə bildirəcəkdir.
Tovbə/9:95
Onlara döndüyünüz zaman, onlardan vaz keçəsiniz deyə Allaha and içərlər. Onlardan vaz keç. Onlar kirlidir. Qazandıqlarına qarşılıq, yerləri cəhənnəmdir.
Tovbə/9:81
Geridə qalanlar, Allah Elçisinin ardındakı yerlərini bəyəndilər, Allah yolunda paralarıyla, canlarıyla səy göstərməkdən xoşlanmadılar və: "Bu istidə hərəkətə keçməyin," dedilər. "Cəhənnəm atəşi daha istidir," de. Bir anlasaydılar!
Tovbə/9:24
De ki: "Ana-atalarınız, uşaqlarınız, qardaşlarınız, zövcələriniz, ailəniz, qazandığınız pullar, iflasa uğramasından qorxduğunuz iş və xoşlandığınız evlər Allahdan və Elçisindən və Onun yolunda səy göstərməkdən daha əzizdirsə, Allah əmrini gətirincəyə qədər gözləyin." Allah yoldan çıxmış camaatları doğruya yönəltməz.
Tovbə/9:75
Hətta bəziləri, "Bizə lütfündən verərsə, paramızı yardım üçün xərcləyəcəyik və dürüst insanlardan olacağıq," deyə Allaha söz verdilər.
Tovbə/9:76
Fəqət, onlara Öz lütfündən verincə, simicləşdilər və üz çevirərək döndülər.