Fəth - 48:15 Savaşdan geri qalmış olanlar, siz qənimətləri almaq üçün getdiyinizdə, "Qoyun biz də sizinlə gələk," deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De ki, "Siz bizi izləməyəcəksiniz. Bu Allahın öncədən almış olduğu qərardır." Bunun üzərinə onlar, "Siz əslində bizə həsəd aparırsınız," deyəcəklər. Doğrusu, onlar çox az söz anlayırlar.
İnkar etməkdə irəli gedənlər iman etməməyə məhkum edilərlər:
Tovbə/9:125 Qəlblərində xəstəlik olanlara gəlincə... Onların da pisliklərinə pislik qatmışdır və onlar kafir olaraq ölərlər.
Tovbə/9:126 Hər il, bir-iki dəfə bəlalarla sınandıqlarını görmürlərmi? Buna rəğmən nə tövbə edirlər, nə də öyüd alırlar.

Əraf/7:146 Yer üzündə haqsız yerə təkəbbür göstərənləri möcüzələrimdən çevirəcəyəm. Hər cürə möcüzəni görsələr də iman etməzlər. Doğru yolu görsələr onu yol seçməzlər. Amma azğınlıq yolunu görsələr onu yol seçərlər. Çünki onlar ayələrimizi yalanladılar və əhəmiyyət vermədilər.

Nisa/4:88 Sizə nə olur ki, ikiüzlülər haqqında iki qrupa ayrılırsınız? Etdikləri əməllərə görə Allah onları baş aşağı çevirdi. Allahın azdırdığını sizmi doğru yola yetişdirmək istəyirsiniz? Allahın azdırdığı kimsəyə sən heç bir yol tapa bilməzsən.

Ənam/6:110 İlk öncə iman etməməyə qərar verdikləri üçün anlayışlarını və gözlərini çevirib, azğınlıqları içində çarəsiz vəziyyətdə buraxarıq.

Yunus/10:96 Rəbbinin qərarıyla məhkum edilənlər iman etməzlər.
Yunus/10:97 Onlara hər cürə möcüzə gəlsə belə, ağrılı-acılı əzabı görüncəyə qədər (iman etməzlər).

Maidə/5:49 Aralarında Allahın nazil etdiyi ilə hökm verməlisən. Onların kefinə uyma. Allahın sənə nazil etdiklərinin bir qismindən əsla səni çaşdırmasınlar. Üz çevirərlərsə, demək ki, Allah bəzi günahlarına görə onları cəzalandırmaq istəyir. Gerçəkdən insanların çoxu yoldan çıxmışdır.

Ya sin/36:8 Boyunlarına, çənələrinə qədər olan zəncirlər taxdıq və başları yuxarıya dikəlmişdir.
Ya sin/36:9 Önlərindən bir sədd və arxalarından bir sədd çəkərək onları pərdələdik; artıq görə bilməzlər.
Ya sin/36:10 Onlara xəbərdarlıq etsən də, xəbərdarlıq etməsən də onlar üçün eynidir; iman etməzlər.

Ənam/6:35 Üz çevirmələri sənə ağır gəldisə, biləsən ki, yerin içinə bir dəlik açmağa ya da göyə nərdivan dayamağa gücün yetsə, bir möcüzə ortaya qoysan yenə də təsir etməz... Allah istəsəydi onları doğru yola toplayardı. Elə isə cahillərdən olma!
Ənam/6:25 Onların bir qismi səni dinləyir. Fəqət, qəlbləri üzərinə anlamalarına əngəl olacaq pərdələr, qulaqlarına da ağırlıq qoyarıq. Hər bir möcüzəni görsələr də ona iman etməzlər. Buna görə sənin yanına gəldiklərində səninlə mübahisə edir və inkar edənlər, "Bu ancaq bir əfsanədir," deyir.

İsra/17:46 Və onu anlamalarını əngəlləmək üçün qəlblərinə qabıqlar (örtüklər) və qulaqlarına da ağırlıq qoyarıq. Rəbbini yalnızca Quranda xatırladığın zaman nifrətlə geriyə dönərlər.
İsra/17:47 Səni dinlədikləri zaman necə eşitdiklərini və öz aralarında danışdıqları vaxt zalımların, "Siz sadəcə sehrlənmiş bir adamı izləyirsiniz," dediklərini yaxşı bilirik.
İsra/17:48 Diqqət et, səni necə də tərif edərək (tanıdaraq) azırlar və artıq bir daha yol tapa bilməzlər.

Ənam/6:111 Onlara mələkləri endirsək, onlarla ölülər danışsa və hər şeyi gətirib önlərinə toplasaq, Allahın istədikləri xaric, yenə iman edəcək deyillər. Fəqət çoxu bu gerçəyi bilməz.

Casiyə/45:23 Arzusunu tanrı edən kimsəyə diqqət etdinmi? Həqiqətən Allah onu bilərək azdırmış, eşitmə hissini və beynini möhürləmiş və görməsinə pərdə qoymuşdur. Allahdan başqa kim onu doğruya yönəldə bilər? Öyüd almırsınız?

Munafiqun/63:3 Çünki onlar iman etdikdən sonra inkar etdilər. Buna görə qəlbləri möhürləndi; Onlar anlamazlar.