Fəth - 48:17 Kora bir çətinlik yoxdur, iflicə bir çətinlik yoxdur, xəstəyə də bir çətinlik yoxdur. Kim Allaha və elçisinə tabe olarsa, O onu içindən çaylar axan cənnətlərə daxil edər. Kim üz çevirərsə, onu da ağrılı-acılı bir formada cəzalandırar.
Cənnətdəki çaylar:
Muhəmməd/47:15 Müttəqilərə söz verilən cənnətin örnəyi budur: İçində çox təmiz sudan çaylar, dadı pozulmayan süddən çaylar, içənlərə ləzzət verən sərxoş edici maddələrdən olan çaylar və süzmə baldan çaylar vardır. Onlar üçün orada hər cürə məhsul və Rəblərindən bir bağışlanma vardır. Bunların vəziyyəti, atəşdə sürəkli qalan və bağırsaqlarını deşən qaynar bir sudan içirdilən kimsələrin vəziyyəti kimi ola bilərmi?