Fəth - 48:25
Onlar inkar edənlərdir, sizi Müqəddəs-Məsciddən və qurbanları yerinə çatdırmaqdan əngəlləyənlərdir. Özlərini tanımadığınız üçün incidə biləcəyiniz iman edən kişilər və iman edən qadınlar olmasaydı və beləcə onlardan ötrü bilmədən özünüzü üzmə ehtimalı olmasaydı... Beləcə Allah istəyəni rəhmətinə daxil edər. Bir-birləri ilə qarışmış halda olmasaydılar, onlardan inkar edənləri ağrılı-acılı bir əzabla cəzalandırardıq.
Əlaqəli ayə:
Fəth/48:25
Onlar inkar edənlərdir, sizi Müqəddəs-Məsciddən və qurbanları yerinə çatdırmaqdan əngəlləyənlərdir. Özlərini tanımadığınız üçün incidə biləcəyiniz iman edən kişilər və iman edən qadınlar olmasaydı və beləcə onlardan ötrü bilmədən özünüzü üzmə ehtimalı olmasaydı... Beləcə Allah istəyəni rəhmətinə daxil edər. Bir-birləri ilə qarışmış halda olmasaydılar, onlardan inkar edənləri ağrılı-acılı bir əzabla cəzalandırardıq.
Həcc/22:25
İnkar edənlər, yerli və xaricdən gələn bütün insanlar üçün bərabər olaraq ayırdığımız Mübarək Məsciddən və Allahın yolundan geri çevirənlər və orada zülm və azğınlıq axtaranlar, tərəfimizdən ağrılı-acılı bir əzab dadacaqlar.
Həcc/22:26
İbrahimi evin (Kəbənin) məkanına yerləşdirmişdik: "Mənə heç bir şeyi ortaq etmə. Evimi də, ziyarətçilər, orada məskunlaşanlar, rüku və səcdə edənlər üçün təmizlə."
Həcc/22:27
"İnsanlara Həcc ziyarətini elan et. Sənin yanına piyada olaraq və ya fərqli minik vasitələriylə uzaqlardan gəlsinlər.
Həcc/22:28
(Ona görə) ki, onlar üçün bəzi (ictimai, siyasi və iqtisadi) faydalara şahid olsunlar və onlara kənd təsərrüfatı heyvanlarını ruzi olaraq verdiyi üçün Allahın ismini bilinən (məlum) günlərdə xatırlasınlar. "Onlardan yeyin və sıxıntı içindəki yoxsullara da yedirdin."
Həcc/22:29
Sonra öhdəliklərini tamamlasınlar, vermiş olduqları sözlərini yerinə yetirsinlər və o tarixi evi ziyarət etsinlər.
Maidə/5:2
Ey iman edənlər! Nə Allahın qoyduğu dini ayinlərə, nə müqəddəs aya, nə qurbana, nə onları işarətləyən çələnglərə, nə də Rəblərinin lütf və rizasını axtarmaq üçün Müqəddəs evə doğru yola çıxanlara hörmətsizlik etməyin. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Müqəddəs Məsciddən (Kəbədən) çevirən bir topluluğa olan kininizə görə təxribata yönəlib hücum etməyin. Yaxşılıq etməkdə və müttəqi davranmaqda yardımlaşın. Pislik və düşmənçilikdə yardımlaşmayın. Allahı dinləyin. Allahın cəzası çətindir.
Ənfal/8:31
Ayələrimizi dinlədikləri zaman, "Eşitdik, istəsək biz də bunun bir bənzərini gətirərik. Bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyildir," deyirdilər.
Ənfal/8:32
Hətta: "Rəbbimiz, bu səndən gələn bir gerçəkdirsə, üstümüzə göydən daşlar yağdır, və ya başımıza ağrılı-acılı bir əzab gətir," deyirdilər.
Ənfal/8:33
Sən onların arasında olduğun müddətcə Allah onlara əzab edəcək deyildir. Onlar bağışlanma diləyərlərkən də Allah onları cəzalandıracaq deyildir.
Ənfal/8:34
Başqalarını Müqəddəs Məsciddən uzaqlaşdırırlarkən nə üçün Allahın əzabına layiq görülməsinlər? Halbuki onlar onun qoruyucuları deyillər. Onun gerçək qoruyucuları iman edənlərdir; Ancaq çoxları bunu bilməz.
Ənfal/8:35
Onların, Kəbədəki namazları hiylə və çəkindirməkdən başqa bir şey deyil. İnkar etmənizə görə əzabı dadın.
Bəqərə/2:217
Səndən müqəddəs (haram) ayda savaşmaq barəsində soruşurlar. De ki: “Bu ayda savaşmaq böyük bir günahdır. Fəqət Allahın yolundan çevirmək, Ona (Allaha) və Müqəddəs Məscidə nankorluq etmək və insanları oradan çıxarmaq Allah yanında daha böyük bir günahdır. Çünki təzyiq və zülm, öldürməkdən daha böyük bir suçdur”. İmkanları olsa, sizi dininizdən döndərənə qədər sizinlə savaşarlar. Sizdən kim dinindən dönərsə və inkarçı olaraq ölərsə, bütün etdikləri dünyada və axirətdə boşa çıxar. Onlar atəş xalqıdır və orada sürəkli qalacaqlar.