Fəth - 48:28 O, elçisini hidayət və gerçək din ilə göndərdi ki, onu bütün dinlərə üstün etsin, Şahid olaraq Allah yetər.
Allah dinini bütün dinlərdən üstün edəcəkdir:
Nur/24:55 Allah, iman edib müttəqi davrananlarınızı, onlardan öncəkiləri hakim etdiyi kimi onları da hakim edəcəyinə, onlar üçün seçdiyi dini bərqərar edəcəyinə və qorxularını güvənə çevirəcəyinə (dair) söz vermişdir. Çünki onlar Mənə qulluq edərlər və Mənə heç bir şeyi ortaq qoşmazlar. Bundan sonra inkar edənlər, yoldan çıxmış olanlardır.

Saff/61:8 Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. İnkar edənlər xoşlanmasa da Allah nurunu tamamlayacaqdır.
Saff/61:9 O, elçisini hidayət və gerçək din ilə göndərdi ki, onu bütün dinlərə üstün etsin, ortaq qoşanlar xoşlanmasa da...

Ğafir/40:14 İnkar edənlər xoşlanmasa da dini sadəcə Allaha aid edərək Ona qulluq edin.