Fəth - 48:29 Allahın Elçisi Muhəmməd və bərabərində olanlar inkar edənlərə qarşı sərt və öz aralarında isə mərhəmətlidirlər. Onları, əyilib səcdə edərək Allahdan lütf və razılıq diləyərkən görərsən. Üzlərində səcdələrin izləri vardır. Bu, onların Tövratdakı vəsfləridir. İncildəki vəsfləri isə, tumurcuğunu çıxarıb gücləndirmiş və qalınlaşıb gövdəsi üzərinə qalxaraq əkinçiləri sevindirən bitki kimidir. O, onlarla inkar edənləri öfkələndirir. Allah, onlardan iman edib müttəqi davrananlara bağışlanma və böyük bir mükafat söz vermişdir.
Cənnət iman edənlərə Rəbbimizin sözüdür:
Tovbə/9:72 Allah, iman edən kişilərə və iman edən qadınlara içindən çaylar axan, əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl evlər söz vermişdir. Allahın razı olması isə hamısından daha böyük bir şeydir. Məhz ən böyük qurtuluş budur.

Əhqaf/46:16 İşlədiklərinin ən yaxşısını qəbul etdiyimiz və pisliklərini keçdiyimiz bu kimsələr cənnət əhli arasındadırlar. Bu, onlara verilən doğru sözdür.

Əraf/7:43 Kökslərindən kin və qısqanclıq duyğularını çıxardıq. Altlarından çaylar axarkən: "Bizi buna yetişdirən Allaha təriflər olsun. Allah bizi doğruya yönəltməsəydi biz doğrunu tapa bilməzdik. Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər," dedilər. Onlara: "Bax bu Cənmət sizindir. Etdiklərinizə qarşılıq olaraq onu miras aldınız," deyə səsləndik.
Əraf/7:44 Cənnət əhli cəhənnəm əhlinə səslənər: "Rəbbimizin bizə söz verdiyinin gerçək olduğunu gördük. Rəbbinizin sizə söz verdiyini, siz də gerçək olaraq gördünüzmü?" "Bəli!" deyərlər. Biri aralarında bunu elan edər: "Allahın lənəti zalımların üzərinə olsun."

Zumər/39:74 "Bizə verdiyi sözü gerçəkləşdirən, yeri bizə miras buraxan və cənnətdə istədiyimiz yerdə sakin olmağımızı təmin edən Allaha təriflər olsun", deyərlər. Çalışanların (səy göstərənlərin) ücrəti necə də gözəlmiş!

Ali İmran/3:195 Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”

Qaf/50:31 Müttəqilərə isə cənnət yaxınlaşdırılar, uzaq deyildir.
Qaf/50:32 Bu, sizə söz veriləndir. Hər yönələn və hər qoruyana,

Bəqərə/2:268 Şeytan sizə fəqirliyi söz verir və pisliyi əmr edir. Allah isə Öz tərəfindən sizin üçün bağışlanma və lütf söz verir. Allah Comərddir, Biləndir.

Tovbə/9:89 Allah onlara əbədi qalacaqları və içindən çaylar axan cənnətlər söz vermişdir. Bu, ən böyük uğurdur.

Ənbiya/21:103 O ən böyük qorxu onları üzməz. Mələklər onları qarşılayıb deyərlər: "Bax bu, sizə söz verilən gününüzdür!"

Furqan/25:15 De ki, "Bu (yaxşıdır), yoxsa müttəqilərə bir qarşılıq və dönüş yeri olaraq söz verilmiş əbədi cənnətmi yaxşıdır?"
Furqan/25:16 Onlar orada əbədi olaraq istədiklərini əldə edərlər. Bu, Rəbbinin mütləq surətdə gerçəkləşəcək sözüdür.

Qasas/28:61 Qovuşacağı gözəl bir mükafatı özünə söz verdiyimiz bir kimsə, dünya həyatının malıyla nemətləndirdiyimiz və sonra dirilmə günü hesaba çəkilən kimsə kimidirmi?

Ğafir/40:8 "Rəbbimiz, onları, müttəqi atalarını, zövcələrini və uşaqlarını söz verdiyin Ədn cənnətlərinə daxil et. Şübhəsiz Sən Üstünsən, Hikmət Sahibisən."

Muhəmməd/47:15 Müttəqilərə söz verilən cənnətin örnəyi budur: İçində çox təmiz sudan çaylar, dadı pozulmayan süddən çaylar, içənlərə ləzzət verən sərxoş edici maddələrdən olan çaylar və süzmə baldan çaylar vardır. Onlar üçün orada hər cürə məhsul və Rəblərindən bir bağışlanma vardır. Bunların vəziyyəti, atəşdə sürəkli qalan və bağırsaqlarını deşən qaynar bir sudan içirdilən kimsələrin vəziyyəti kimi ola bilərmi?

Qaf/50:31 Müttəqilərə isə cənnət yaxınlaşdırılar, uzaq deyildir.
Qaf/50:32 Bu, sizə söz veriləndir. Hər yönələn və hər qoruyana,

Məryəm/19:61 Rəhmanın qulları üçün söz verdiyi, hislərdən kənar Ədn cənnətlərinə... Onun sözü, şübhəsiz yerinə yetəcəkdir.

Ənbiya/21:105 Zikrdən sonra Zəburda da, "Yer üzünə Mənim müttəqi qullarım varis olacaq," deyə yazıb qeyd etmişdik.

Muminun/23:11 Cənnətə mirasçı olacaq və orada əbədi qalacaqlar.

Zumər/39:20 Ancaq Rəblərinə ehtiram edənlər üçün üst-üstə qurulmuş köşklər vardır; altlarından çaylar axar. Allahın verdiyi sözdür. Şübhəsiz Allah sözündən dönməz.