Hucurat - 49:5 Sən yanlarına çıxıncaya qədər səbr etsəydilər, onlar üçün daha yaxşı olardı. Allah Bağışlayandır, Rəhmlidir.
Elçi ilə bir arada ikən:
Əhzab/33:53 Ey iman edənlər, peyğəmbərin evinə, yeməyə dəvət edilmədən daxil olmayın. Elə bir dəvəti də gözləməyin. Dəvət edildiyiniz vaxt daxil ola bilərsiniz. Yeməyi yedikdən sonra ayrılıb dağılın. Hədislərə (sözlərə) dalmayın. Bu vəziyyət peyğəmbəri üzür (narahat edir); ancaq sizə bildirməkdən utanırdı. Allah gerçəyi bildirməkdən çəkinməz. Onun xanımlarından bir şey istədiyinizdə onu bir pərdə arxasından istəyin. Bu sizin qəlbiniz və onların qəlbləri üçün daha təmiz bir davranışdır. Allahın elçisini üzməməlisiniz və ondan sonra onun zövcələri ilə əsla evlənməməlisiniz, çünki bu, Allah qatında çox böyük bir günahdır.

Mucadilə/58:11 Ey iman edənlər, toplantılarda sizə: "Yer açın" deyildiyində yer açın ki, Allah da sizə yer açsın. Sizə, "Qalxın" deyildiyində qalxın ki, Allah da içinizdəki iman edənləri və özlərinə bilgi verilənləri dərəcələrlə yüksəltsin. Allah bütün etdiklərinizdən xəbərdardır.

Hucurat/49:1 Ey iman edənlər, Allahın və elçisinin hüzurunda önə keçməyin. Allahı dinləyin. Allah Eşidir, Bilir.
Hucurat/49:2 Ey iman edənlər, səsinizi peyğəmbərin səsinin üstünə çıxarmayın və bir-birinizə bağırdığınız kimi ona bağırmayın. Yoxsa siz fərqinə varmadan işləriniz boşa gedər.
Hucurat/49:3 Səslərini Allahın elçisinin hüzurunda aşağı salanlar elə kimsələrdir ki, Allah onların qəlblərini müttəqilik üçün uyğun hala gətirmişdir. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır.
Hucurat/49:4 Otaqların/divarların arxasından sənə səslənənlərin çoxu düşüncəsiz kimsələrdir.
Hucurat/49:5 Sən yanlarına çıxıncaya qədər səbr etsəydilər, onlar üçün daha yaxşı olardı. Allah Bağışlayandır, Rəhmlidir.