Nisa - 4:160 Yəhudilərin işlədikləri zülmlərə və bir çox adamı Allah yolundan çevirmələrinə görə onlara daha öncə halal edilmiş təmiz nemətləri qadağan etdik.
Yəhudilərə haram edilən təmiz nemətlər nələrdi?
Ənam/6:146 Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. İnək və qoyunun da yağlarını haram etdik; ancaq bellərində yaxud bağırsaqlarında daşıdıqları, və ya sümüklərinə qarışmış olanlar xaric. Həddi aşmalarına görə onları belə cəzalandırdıq. Biz doğru deyirik.

Nəhl/16:118 Yəhudilərə, daha öncə sənə anlatdığımız şeyləri haram etdik. Biz onlara zülm etmədik; fəqət onlar özləri özlərinə zülm edirdilər.

Ali İmran/3:93 Tövrat nazil olmamışdan öncə İsrail özünə haram edincəyə qədər İsrail oğullarına bütün yeyəcəklər halal idi. “Doğru sözlülərsinizsə, Tövratı gətirib oxuyun,” - de.