Nisa - 4:170 Ey insanlar! Elçi Rəbbinizdən gerçəyi gətirmişdir. Öz xeyriniz üçün iman etməlisiniz! İnkar edərsinizsə, bilin ki, göylərdə və yerdə nə varsa, Allahındır. Allah Biləndir, Hikmət sahibidir.
Kitabın ehtiva etdiyi ümumi gerçək:
Loğman/31:30 Çünki Allah gerçəkdir. Ondan başqa çağırdıqları batildir və Allah Ən Uca və Ən Böyükdür.

İbrahim/14:52 Bu, insanlar üçün bir bildirişdir. Bu xəbərdarlığı dinləsinlər, Onun yalnız Tək Tanrı olduğunu bilsinlər və ağıl sahibləri öyüd alsınlar.

İsra/17:2 Eyni şəkildə, Musaya Kitabı vermişdik. İsrail oğullarını bu gerçəyə yönəltmək üçün: "Məndən başqa bir sahib qəbul etməyin."

Həcc/22:62 Bu gerçəkləşəcəkdir. Çünki Allah Gerçəkdir, Ondan başqa yalvardıqları isə gerçək olmayandır və Allah Ucadır, Böyükdür.

Fussilət/41:6 De ki, "Mən, sadəcə sizin kimi bir insanam. Mənə, sizin tanrınızın bir tək tanrı olduğu vəhy edilir. Ona yönəlin, Ondan bağışlanma diləyin. Vay ortaq qoşanların halına!"