Nisa - 4:171
Kitablılar! Dininizdə həddi aşmayın. Allah haqqında yalnız gerçəyi söyləyin. Məryəm oğlu İsa Məsih, sadəcə Allahın elçisi və Məryəmə göndərdiyi kəlməsi və Ondan gələn bir candır. Allaha və elçilərinə iman edin. “Üçdür,” deməyin. Öz xeyriniz üçün buna son verin. Tək tanrı yalnız Allahdır! O, övlad sahibi olmaqdan ucadır. Göylərdə və yerdə nə varsa, Onundur. Vəkil olaraq Allah yetər.
Allaha övlad isnad edənlər:
Tovbə/9:30
Yəhudilər: "Üzeyir Allahın oğludur," dedilər. Xristianlar da: "Məsih Allahın oğludur," dedilər. Bu, ağızlarından çıxan sözləridir. Öncədən inkar etmiş olanların sözlərini təqlid edirlər. Allah onları məhkum edər. Necə də çevrilirlər?
Maidə/5:18
Yəhudilər və Xristianlar: “Biz Allahın oğulları və sevimliləriyik”– dedilər. "Elə isə günahlarınıza görə nə üçün sizi cəzalandırır? Siz sadəcə Onun yaratdığı insanlardansınız," - de. İstəyəni/istədiyini bağışlayır, istəyəni/istədiyini də cəzalandırır. Göylərin, yerin və bunların arasındakıların hökmranlığı Allaha aiddir. Dönüş də Onadır.
İsra/17:40
Rəbbiniz oğulları sizə seçdi sonra da Özünə mələklərdən qızlarımı götürdü? Çox böyük bir iddiadasınız.
Nəcm/53:19
Gördünüzmü (dişi bütləriniz olan) Lat və Uzzanı?
Nəcm/53:20
Və üçüncüləri olan Mənatı?
Nəcm/53:21
Erkəklər sizin və dişilər Onunmu?
Nəhl/16:57
Uca Allaha qızları ayırırlar; özlərinə də xoşlandıqlarını...
Saffat/37:149
Soruş onlardan, "Qızları sənin Rəbbinə, oğlanları özlərinəmi ayırırlar?"
Saffat/37:150
Yoxsa mələkləri, onların gözü önündə dişi olaraqmı yaratdıq?
Saffat/37:151
Əslində, onlar uydurduqları (yalan) üzündən deyirlər ki,
Saffat/37:152
"Allah doğmuşdu." Onlar yalançıdırlar.