Nisa - 4:173          
          
                        İman edib müttəqi davrananların mükafatlarını tam ödəyəcək və lütfündən onlara daha artıq verəcəkdir. Kiçik görüb təkəbbürlənənləri isə ağrılı-acılı bir əzabla cəzalandıracaq. Özlərinə Allahdan başqa nə bir sahib, nə də bir yardımçı tapa bilməyəcəklər.          
        
        
          Dirilmə günü Rəbbimizin  iman edənlərə lütfü?        
      
                  
                    
                      Hədid/57:21                    
                  
                  
                                        Rəbbinizdən bir bağışlanmağa və genişliyi göylər və yer qədər olan bir cənnətə doğru tələsin. Allaha və elçisinə iman edənlər üçün hazırlanmışdır. Bu, Allahın istədiyinə və/və ya istəyənə verdiyi lütfüdür. Allah Böyük Lütf sahibidir.                  
                
                
              
                  
                    
                      Nisa/4:69                    
                  
                  
                                        Allaha və elçisinə itaət edənlər, Allahın özlərinə yaxşılıq etdiyi peyğəmbərlər, təsdiqləyənlər, şəhidlər və salehlər ilə bərabərdirlər. Onlar nə gözəl yoldaşdır.                  
                
                
              
                  
                    
                      Nisa/4:70                    
                  
                  
                                        Bu lütf Allahdandır. Bilən olaraq Allah yetər.                  
                
                
              
                  
                    
                      Şura/42:22                    
                  
                  
                                        Etdikləri işlər başlarına gələrkən zalımları təşviş içində görərsən. İman edib müttəqi davrananlar cənnətlərin bağçalarındadır. Onlar üçün Rəbləri qatında istədikləri hər şey vardır. Məhz bu, böyük lütfdür.                  
                
                
              
                  
                    
                      Fatir/35:33                    
                  
                  
                                        Ədn (sonsuzluğadək davam edən) cənnətlərinə girərlər. Orada qızıl bilərziklər və incilər taxacaqlar, oradakı libasları isə ipəkdəndir.                  
                
                
              
                  
                    
                      Fatir/35:34                    
                  
                  
                                        Və deyərlər: "Narahatçılıqlarımızı aradan qaldıran Allaha təriflər olsun! Rəbbimiz gerçəkdən Bağışlayandır, Təqdir Edəndir."                  
                
                
              
                  
                    
                      Fatir/35:35                    
                  
                  
                                        "O ki, lütfü ilə bizi (əbədi) olacaq yurda yerləşdirdi. Orada nə bir yorulma, nə də bir üzüntü hiss edərik."                  
                
                
              
                  
                    
                      Duxan/44:51                    
                  
                  
                                        Müttəqi olanlar isə güvənli bir məqamdadırlar.                   
                
                
              
                  
                    
                      Duxan/44:52                    
                  
                  
                                        Bağçalar və bulaqlar içərisində.                   
                
                
              
                  
                    
                      Duxan/44:53                    
                  
                  
                                        İpək və atlazdan geyimlər içində qarşı-qarşıya oturarlar.                  
                
                
              
                  
                    
                      Duxan/44:54                    
                  
                  
                                        Bu belədir; onlara gözəl həmtaylar vermişik.                  
                
                
              
                  
                    
                      Duxan/44:55                    
                  
                  
                                        Tam bir güvənlik içində hər meyvəni istəyərlər.                   
                
                
              
                  
                    
                      Duxan/44:56                    
                  
                  
                                        Orada, ilk ölümdən başqa ölüm dadmazlar. Onları cəhənnəm əzabından qorumuşdur.                  
                
                
              
                  
                    
                      Duxan/44:57                    
                  
                  
                                        Rəbbinin bir lütfü olaraq. Məhz böyük zəfər budur.